Nöqsana yol verən prokuror köməkçisi işdən qovuldu

Nöqsana yol verən prokuror köməkçisi işdən qovuldu"Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Həsənov Əsgər Novruz oğlunun prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməsi ilə bağlı informasiyalar paylaşılıb".

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Bununla bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən müvafiq yoxlama aparılıb. Toplanmış materiallar Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” əsasında yeni yaradılmış İntizam Komissiyasına təqdim olunub.

İntizam Komissiyasında xidməti yoxlama materiallarına baxılaraq Əsgər Həsənovun “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərini pozaraq prokurorluq orqanlarında formalaşdırılmış nizam-intizam qaydalarının tələblərinə riayət etməməsi, o cümlədən eyni xarakterli pozuntularla əlaqədar Baş Prokurorluq üzrə əvvəllər verilmiş müvafiq əmrlərdən nəticə çıxarmaması müəyyən edildiyindən onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı Baş prokurora təqdimatla müraciət olunub.

Baş Prokuror Kamran Əliyevin 26 avqust 2020-ci il tarixli əmri ilə Əsgər Həsənov rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib", - Mətbuat Xidmətindən bildirilib.

Nöqsana yol verən prokuror köməkçisi işdən qovuldu

  • 26-08-2020, 15:23
  • 662


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qubada ağac qətlamı davam edir
  2. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  3. "...ZƏFƏR BİZİMDİR" - Hürrü Əliyev
  4. Qobustanda kütləvi dava: Bir nəfər bıçaqlandı, üç nəfər döyüldü
  5. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  6. Ordumuz bir sıra əraziləri işğaldan azad etdi-SİYAHI
  7. MN: Düşmənin iki tank, iki PDM, dörd D-30 haubitsa topu, bir 2A36 “Qiasint-B” topu məhv edilib - VİDEO
  8. QUBADLI ŞƏHƏRİ VƏ BƏZİ KƏNDLƏR İŞĞALDAN AZAD EDİLDİ! - Ali Baş Komandan yeni zəfər xəbərini verdi! + FOTO
  9. Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
  10. Paşinyanın qızı sosial şəbəkələrdə Rusiya rəhbərliyini və rus xalqını təhqir edir - FOTO
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI