Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozuMilli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Sabaha olan hava proqnozu

  • 29-08-2020, 12:55
  • 643


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qubada ağac qətlamı davam edir
  2. QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR! -Səmayə Həsənova | Münasibət
  3. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  4. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  5. Qobustanda kütləvi dava: Bir nəfər bıçaqlandı, üç nəfər döyüldü
  6. PAŞİNYAN TƏSLİM OLMAĞI TƏKLİF EDİR! – Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma...
  7. PAŞİNYANIN TÜRKİYƏYƏ QARŞI PLANLARI İFŞA EDƏN CÜMLƏSİ… –Ankara yeni dövrə öz xəritələriylə gedəcək - TƏHLİL
  8. Ordumuz bir sıra əraziləri işğaldan azad etdi-SİYAHI
  9. “Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” –Prezidentin köməkçisi
  10. Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI