Lukaşenkonun zorla deportasiya əməliyyatı – Müxalifət lideri pasportunu cırıb, özünü pəncərədən yerə atıb

Lukaşenkonun zorla deportasiya əməliyyatı – Müxalifət lideri pasportunu cırıb, özünü pəncərədən yerə atıbBelarusda müxalifət bəyan edib ki, hakimiyyətin müxalifət liderlərindən biri Mariya Kolesnikovanı Ukraynaya deportasiya etmək cəhdi alınmayıb.

BBC xəbər verir ki, Belarusda saxlanmış müxalifət lideri pasportunu cırmaq və özünü onu aparan avtomobilin pəncərəsindən atmaqla hakimiyyət rəsmilərinin onu Ukrayna deportasiya etməsinin qarşısını alıb.

Sentyabrın 7-də Mariya Kolesnikova naməlum mülki geyimlilər tərəfindən zorla maşına oturdularaq aparılmışdı. Xanım Kolesnikova avtoritar prezident Aleksandr Lukaşenkonun istefasını tələb edən üçəsas lider qadından biridir.

Kolesnikovanın həmkarı Anton Rodnenkov qaçırılma əməliyyatınışərh edərkən deyib ki, qadını zorla maşının arxa oturacağına salıblar. O isə qışqırır heç yerə getmək istəmədiyini bildirirdi:"O maşının pəncərəsinə dırmandı vəözünü bayıra ataraq vüqarla Belarus ərazisinə doğru irəlilədi. O əsl qəhrəmandılr. Bunu başa düşmək lazımdır”.

Rodnenkov deyib ki, o və başqa bir həmkarı sentyabrın 7-də oğurlanıblar. Onları maşınla binaların arasında gəzdirdikdən sonra qollarını bağlayaraq və başlarına kisə keçirərək dindiriblər.

Rodnenkov bildirib ki, sözü gedən şəxslər onları Kolesnikova ilə birlikdəölkədən çıxmağa məcbur etmək istəyirdilər. Onun sözlərinə görə Kolesnikova Ukrayna sərhədini keçməkdən imtina edib. Rodnenkov deyib ki, Kolesnikovanın hazırda harada olmasını bilmir.Rodnenkovun özü hazırda Kiyevdədir.

Lukaşenkonun zorla deportasiya əməliyyatı – Müxalifət lideri pasportunu cırıb, özünü pəncərədən yerə atıb

  • 9-09-2020, 10:54
  • 186


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmazda quduzluq təhlükəsi - Hökümət isə susur...-VİDEO
  2. MMC rəhbəri mebel firmasına borcunu qaytarmır – Foto
  3. Bələdiyyə sədri Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini ilə nədə “razılaşmır”?
  4. Düşmən şirnikləndici vədlərlə Azərbaycan sakinləri ilə təmasa çalışır - DTX ayıq olmağa çağırdı
  5. Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır-MÜSAHİBƏ
  6. AQTA-dan toy açıqlaması
  7. Tixanovskaya özünü Belorusun yeganə lideri elan edib - “Lukaşenkonun inauqurasiyası məzhəkədir”
  8. Əli Həsənovun köməkçisinin otelində cinayət - Prokurorluq hərəkətə keçdi
  9. Sabah hava necə olacaq? –Proqnoz
  10. Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edildi
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI