Milli Hərəkatçılar Birliyi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət etdi

Milli Hərəkatçılar Birliyi  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət etdi

Milli Hərəkatçılar Birliyi qardaş Türkiyə Cumhuriyyəti ilə münasibətlər xüsusunda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir :
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Milli Hərəkatçılar Birliyinin
MÜRACİƏTİ
Cənab Prezident!
İki yüz ildən çoxdur ki, Rusiya imperiyası özünün işğalçılıq yolu ilə Şərqə doğru genişlənmə siyasətində ermənilərdən bir strateji maşa kimi yararlanmaqdadır. Bu siyasətin ən çox zərər vurduğu və zərər vurmaqda olduğu ölkələr içərisində Azərbaycan ayrıca seçilir. Rusiyanın Azərbaycan torpaqlarında yaratdığı Ermənistan ölkəsi və dövləti məhz Rusiyanın himayəsinə arxalanaraq hələ də Azərbaycan torpaqları hesabına öz ərazisini genişləndirməyə çalışmaqdadır. Ona görə də, bu gün ermənilərin Qarabağı işğal etməsi təkcə Azərbaycanın ərazi bütünlüyünün pozulması deyil, həm də Rusiyanın çıxarlarına uyğun olaraq, Azərbaycanın dövlət müstəqilliyinə və Azərbaycan xalqının varlığına qarşı ciddi bir təhlükədir.
İran İslam Cümhuriyyətinin də ermənilərə hərtərəfli yardım etməsi göstərir ki, artıq günümüzdə Azərbaycana qarşı geosiyasi təhdid yaradan bir Rusiya – İran – Ermənistan ittifaqı mövcuddur. Belə bir durumda Azərbaycanın öz xarici siyasət kursunu dəyişməsi və öz ərazi bütünlüyünü, öz milli mənafeyini qorumaq üçün öz qəti mövqeyini müəyyənləşdirib uyğun bir geosiyasi ittifaqa daxil olması ən doğru yoldur. XX yüzilin başlarında yaşadığımız tarixi təcrübə və günümüzdəki “İki dövlət, bir millət!” prinsipi ortaya qoyur ki, belə bir ittifaq ilk öncə Azərbaycanın əsas strateji müttəfiqi olan qardaş Türkiyə ilə bağlanıla bilər.
Azərbaycan vətandaşlarının yaratdığı Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatı bu yolun doğruluğuna inanaraq, habelə 2010-cu il 16 avqustda Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqaviləyə, özəlliklə bu Müqavilənin “Hərbi-siyasi və təhlükəsizlik məsələləri” bəndindəki maddələrə söykənərək Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin və hərbi-siyasi ittifaq yaradılmasının zəruriliyini bildirir və bu yöndə təxirəsalınmadan əməli addım atılmasını istəyirik.
Hörmətlə
Milli Hərəkatçılar Birliyi
09 sentyabr 2020-ci il
"

Milli Hərəkatçılar Birliyi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət etdi

  • 9-09-2020, 23:57
  • 242


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  4. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  5. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  6. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  7. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
  8. RUS-TÜRK BİRGƏ PATRULUNDAN NƏ SORAQ VAR? –Suriyalı qaçqınlar bir ifratdan digərinə sığınır
  9. DÖVLƏT SƏRHƏDİNDƏ ERMƏNİ TƏXRİBATI - Hərbçimiz yaralanıb
  10. Türkiyənin ilk uçan avtomobilinin sınağı uğurla başa çatdı - VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI