Başından bıçaqlanmış gəncin qatili tutuldu

Başından bıçaqlanmış gəncin qatili tutuldu
Başından bıçaqlanmış gəncin qatili tutuldu
Sentyabrın 10-u saat 19 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 1988-ci il təvəllüdlü Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla hadisənin 1989-cu il təvəllüdlü Teymur İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Elgün İsmayılovun baş nahiyəsinə çoxsaylı zərbələr vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Teymur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Başından bıçaqlanmış gəncin qatili tutuldu

  • 11-09-2020, 15:56
  • 143


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmazda quduzluq təhlükəsi - Hökümət isə susur...-VİDEO
  2. MMC rəhbəri mebel firmasına borcunu qaytarmır – Foto
  3. Bələdiyyə sədri Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini ilə nədə “razılaşmır”?
  4. Düşmən şirnikləndici vədlərlə Azərbaycan sakinləri ilə təmasa çalışır - DTX ayıq olmağa çağırdı
  5. Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır-MÜSAHİBƏ
  6. AQTA-dan toy açıqlaması
  7. Tixanovskaya özünü Belorusun yeganə lideri elan edib - “Lukaşenkonun inauqurasiyası məzhəkədir”
  8. Əli Həsənovun köməkçisinin otelində cinayət - Prokurorluq hərəkətə keçdi
  9. Sabah hava necə olacaq? –Proqnoz
  10. Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edildi
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI