RAMİZ MEHDİYEVİN SİFARIŞ VERDİYİ ŞİRKƏTLƏR - AMEA dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb

RAMİZ MEHDİYEVİN SİFARIŞ VERDİYİ ŞİRKƏTLƏR - AMEA dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıbPrezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə təyin olunandan sonra bu qurum dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb.

AMEA-nın bir neçə şübhəli tender əməliyyatı barədə məlumat verilib. Məsələn, ötən yazılarımızda qeyd etmişdik ki, Akademiyanın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi çilçıraq almaq üçün “Zinger-İnşşat” MMC ilə müqavilə imzalyıb. Müqavilənin dəyəri isə nə az, nə çox 40 000 AZN-dir.

Araşdırmalarımız zamanı malın real dəyərindən baha olduğu üzə çıxmaqla yanaşı AMEA-nın müqavilə imzaladığı “Zinger-İnşaat”la bağlı da şübhəli məqamlar üzə çıxmışdı. Bu sırada şirkətin nizamnamə kapitalının 4 AZN olması və Ramiz Mehdiyevin AMEA-nın prezidenti postuna təyinatından iki həftə sonra yaradılmasını göstərmək olar.

AMEA bu günlərdə növbəti satınalmanı həyata keçirib. Qurumun Mərkəzi Elmi Kitabxanası “SM Construction Supplies” MMC ilə 37 998.36 AZN dəyərində iki müqavilə imzalayıb. Şirkət kitabxananı yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər və “digər mallar”la təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “SM Construction Supplies” MMC 20 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Heydərli Ehtiram Etibar oğludur.

Açıq mənbələrdə MMC-ilə bağlı yalnız Koronavirusla Mübarizə Fonduna 500 AZN köçürməsi barədə məlumata rast gəldik. Şirkətin qanuni təmsilçisi Ehtiram Heydərliyə gəlincə, onun adı iki məhkəmə çəkişməsində keçir. Bunlardan biri Novruzov Azad Pərviz oğlunun avtomobilin geri alınması, digəri isə “Bank Standart”ın kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi əsasında baş tutan məhkəmə işidir. Ehtiram Heydərli hər iki işdə cavabdeh qismində çıxış edir. Birinci işdə iddia təmin edilsə də, ikincidə baxılmamış saxlanılıb.(yenisabah.az)

RAMİZ MEHDİYEVİN SİFARIŞ VERDİYİ ŞİRKƏTLƏR - AMEA dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb

  • 12-09-2020, 12:51
  • 142


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmazda quduzluq təhlükəsi - Hökümət isə susur...-VİDEO
  2. MMC rəhbəri mebel firmasına borcunu qaytarmır – Foto
  3. Bələdiyyə sədri Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini ilə nədə “razılaşmır”?
  4. Düşmən şirnikləndici vədlərlə Azərbaycan sakinləri ilə təmasa çalışır - DTX ayıq olmağa çağırdı
  5. Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır-MÜSAHİBƏ
  6. AQTA-dan toy açıqlaması
  7. Tixanovskaya özünü Belorusun yeganə lideri elan edib - “Lukaşenkonun inauqurasiyası məzhəkədir”
  8. Əli Həsənovun köməkçisinin otelində cinayət - Prokurorluq hərəkətə keçdi
  9. Sabah hava necə olacaq? –Proqnoz
  10. Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edildi
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI