Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT

Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT

Artıq xeyli vaxtdır ki, ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsi, makroiqtisadi sabitliyin təmin olunması, mərkəzi ərazilərlə bərabər, regionlarda da sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması və s. qarşıya əsas strateji məqsədlər olaraq qoyulub. Yəni, ölkə prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması, rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı, bu gün də ardıcıl tədbirlər proqramı həyata keçirilməkdədir. Verilimiş tapşırıqların nəticəsi olaraq, bu istiqamətdə atılan addımlar ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, yeni iş yerlərinin açılmasına imkan yaradıb. Onu da qeyd edək ki, qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı cənab Prezidentin daha çox önəm verdiyi məsələlərdən biridir.

Bütün bunlara baxmayaraq, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küşəsi, 101/9 ünvanında yaşayan Rübabə Hüseyn qızı Vəliyevanın 2015-ci ildən üz-üzə qaldığı probleminin varlığı onu söyləməyə əsas verir ki, cənab İlham Əliyevin bu yöndə vermiş olduğu tapşırıqlar, hələ də açıq-aşkar şəkildə tapdaqlar altına atılmaqdadır. Məhz bir neçə gün bundan öncə Rübabə Vəliyevanın araz.az xəbər portalının redaksiyasına ünvanladığı şikayət ərizəsində qeyd etdiyi faktların mövcudluğunu da, bir daha buna misal çəkmək olar. Bu xanım sahibkar redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində yazır: “Lotos” Ticarət Mərkəzinin rəhbəri Araz Rəhimov mənə 500 min dollar dəyərində ziyan vurub. Qeyd edim ki, bu şəxs yanıb, külə dönən “Diqlas” ticarət mərkəzi ilə bərabər, “Lotos” ticarət mərkəzinin də direktorudur. Mən 2010-cu ildən “Lotos” ticarət mərkəzində gəlinlik paltarlarının satışı və icarəsi işi ilə məşğul olurdum. 2015-ci ildə dolların kursu bahalaşdı və belə bir səbəb üzündən də, fəaliyyətimizdə ciddi problemlər əmələ gəldi. Həmin vaxta qədər işlətdiyim mağazanın icarə haqqını heç vaxt gecikdirməmişdim. Elə ki, dolların bahalaşması səbəbindən işlərimizdə müəyyən problemlər yarandı, məhz buna görə də icarə haqqını bir neçə ay vaxtlı-vaxtında ödəyə bilmədim. Bundan əlavə, həmin vaxtlarda oğlum ağır xəstəliyə də düçar oldu. Buna görə də, əlimdə olan pulları oğlumun əməliyyat və müalicə olunmasına xərcləməyə məcbur oldum. Yəni, ümumi vəziyyətim ağırlaşdığından icarə haqqını ödəmək üçün “Lotos”un rəhbəri Araz Rəhimovdan 10 gün müddətinə vaxt istədim. O, həmin gün işlətdiyim mağazanın qapısını plomblatdırdı və icarə haqqını ödəmək üçün mənə vaxt verdi. Təxminən bir həftədən sonra, icarə haqqını ödəmək məqsədilə “Lotos” ticarət mərkəzinə gəldikdə gördüm ki, işlətdiyim mağazada təmizlik işləri aparılır.

Onu da qeyd edim ki, həmin vaxtlarda işlətdiyim mağazada 500 min dollar dəyərində malım var idi və bütün mallarımı onun işçiləri boşaltmışdılar. Həmin gün Araz Rəhimov mənə: “İşlətdiyin mağazada heç nəyin olmayıb”, -- dedi. Elə, buna görə də, şoka düşdüm. Yeri gəlmişkən, bildirim ki, mallarımı xəbərim olmadan ayrı-ayrı şəxslərə satmışdılar. Mənimsə cəmi 3260 manat məbləğində icarə haqqına görə borcum var idi. Belə bir məbləğ borca görə, mağazamdakı 500 min dollarlıq malllarımı ayrı-ayrı şəxlərə satmışdılar. Bu cür addımın atılması birbaşa özbaşınalıqdır, özgə malının ələ keçirilib, mənimsənilməsi deməkdir.

Bu məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi Mirqafar Seyidovun qəbulunda oldum. O, məni diqqətlə dinlədi və şikayətimin araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin sabiq rəisi Nofəl Məhərrəmova müvafiq tapşırıq da verdi. Polisin işə qarışmasından sonra, mallarımın bir qismi yanıb, külə dönmüş “Diqlas” ticarət mərkəzində tapıldı, bir qismi isə, başqa sahibkarlara satıldığından onlarda tapıldı. Nofəl Məhərrəmovun verdiyi tapşırıqdan sonra, bir nəfər tədqiqatçı ilə, yanıb külə dönmüş “Diqlas” ticarət mərkəzinə getdik və üç mağazada mallarımı tapdıq, onların şəkillərini çəkdik. “Diqlas” ticarət mərkəzində üç qadın sahibkar bildirdilər ki, onlar gəlinlik paltarlarının kimə məxsus olduğunu bilməyiblər, malları satıblar, onlar da alıblar. Daha sonra, “Lotos” ticarət mərkəzində olan boş mağazalara da baş çəkdik. Həmin vaxt müdiriyyət polis əməkdaşının qarşısına çıxmadı və buna baxmayaraq, mən, Nizami Rayon Polis İdarəsinin sabiq rəisi Nofəl Məhərrəmovun iş otağında Araz Rəhimovla üzləşməli oldum. O, polis rəisinin yanında problemi qaydaya salacağına söz verdi və mənə: “Get, mallarına bax, gör, nələr çatışmır”, -- dedi. Elə ki, mallarıma baxdım, o halda gördüm ki, it-bata düşmüş mallarımın cəmi 10 faizini qaytararaq, yerinə qoyublar. Buna görə də, Araz Rəhimovla heç cür razılaşmadım və mallarımın hamısını geri qaytarmasını ondan tələb itdim.

Mən, 2015-ci ildən üz-üzə qaldığım belə bir problemlə bağlı, Baş Prokurorluqda, Bakı Şəhər Prokurorluğunda, Xətai Rayon Prokurorluğunda da olmuşam, dəfələrlə aiddiyyatı dövlət qurumlarının rəhbər şəxslərinə ərizələr yazib, müraciət və teleqramlar göndərmişəm. Lakin son nəticədə nəyəsə nail ola bilməmişəm. Hətta, bütün bunlar azmış kimi, Nizami Rayon Prokurorluğunda və Polis İdarəsində cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar da çıxarılıb. Yəni, əlimdə kifayət sənəd-sübut, kaset və s. olsa da, mən indiyədək haqqıma qovuşa bilmirəm. Heç bir dövlət qurumunda baş verənlərlə bağlı cinayət işi qaldırılmır, bir sözlə, araşdırma işləri aparılmır. Belə bir səbəb üzündən də, bir vətəndaş olaraq, Konstitusiya ilə müdafiə olunan hüquqlarım tapdaqlar altına atılır. Onu da bildirirəm ki, yaşadığım mənzilimi 65000 manata satıb mala vermişdim. Çoxdandır evim yoxdur və kirayələrdə yaşamağa məcbur oluram. Düçar olduğum belə bir problem, hal-hazırda məni olduqca çıxılmaz vəziyyətə salıb”.

Baş verənləri təhlil edib, belə bir qənaətə gəlmək olur ki, hal-hazırda “Lotos” ticarət mərkəzinin rəhbərliyi ölkə başçısı cənab İlham Əliyevin sahibkarlarla bağlı vermiş olduğu tapşırıqları deyil, məhz, belə məsələlərə öz prizmasından yanaşmaqla, “Ağa nəzərəm, belə gəzərəm” yanaşmasını daha üstün tutur. O halda sual oluna bilər ki, axı, Rübabə Vəliyeva atdığı addımları ilə ölkəmizdə yeni iş yeri yaradır, müəyyən qədər işsizliyin qarşısını alır, ölkə iqtisadiyyatının inkişafına lazımi köməkliyini göstərir, bir sözlə, qeyri-neft sektorunun davamlı inkişafına öz töhfələrini bəxş edir. Bu belə olduğu halda, hələ də “Lotos” ticarət mərkəzi rəhbərliyinin və onun tabeçiliyində çalışan vəzifə sahiblərinin atdıqları addımların varlığını heç cür başa düşmək olmur.

Problemi bundan sonra da diqqətdə saxlayacaq və bu yöndə araşdırmalarımızı davam etdirərək, ortaya çıxan bəzi müəmmalar barədə ictimaiyyəti ətraflı məlumatlandırmağa çalışacağıq./Bakupost


Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT

  • 14-09-2020, 14:37
  • 110


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  4. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  5. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  6. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  7. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
  8. RUS-TÜRK BİRGƏ PATRULUNDAN NƏ SORAQ VAR? –Suriyalı qaçqınlar bir ifratdan digərinə sığınır
  9. DÖVLƏT SƏRHƏDİNDƏ ERMƏNİ TƏXRİBATI - Hərbçimiz yaralanıb
  10. Türkiyənin ilk uçan avtomobilinin sınağı uğurla başa çatdı - VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI