CƏBHƏDƏ VƏ SƏRHƏDDƏ ŞİDDƏTLİ ATIŞMA - Hərbçimiz şəhid oldu

CƏBHƏDƏ VƏ SƏRHƏDDƏ ŞİDDƏTLİ ATIŞMA - Hərbçimiz şəhid olduErmənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutlması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib.

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Bəyan edirik ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Xeberdar.net

CƏBHƏDƏ VƏ SƏRHƏDDƏ ŞİDDƏTLİ ATIŞMA - Hərbçimiz şəhid oldu

  • 21-09-2020, 11:29
  • 190


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qubada ağac qətlamı davam edir
  2. QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR! -Səmayə Həsənova | Münasibət
  3. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  4. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  5. Qobustanda kütləvi dava: Bir nəfər bıçaqlandı, üç nəfər döyüldü
  6. PAŞİNYAN TƏSLİM OLMAĞI TƏKLİF EDİR! – Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma...
  7. PAŞİNYANIN TÜRKİYƏYƏ QARŞI PLANLARI İFŞA EDƏN CÜMLƏSİ… –Ankara yeni dövrə öz xəritələriylə gedəcək - TƏHLİL
  8. “Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” –Prezidentin köməkçisi
  9. Ordumuz bir sıra əraziləri işğaldan azad etdi-SİYAHI
  10. Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI