Bakıda bacısını öldürən məmur oğlu polisə təslim oldu

618 21-09-2020, 11:16 cemiyyet / kriminal

Bakıda bacısını öldürən məmur oğlu polisə təslim olduXəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb.

Nümayəndənin oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahdan atəş açaraq öldürüb.

Xeberdar.net məlumat verir ki, M. Babayev daha sonra könüllü şəkildə gəlib polisə təslim olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

XƏBƏR LENTİ