Eldar Həsənov ev dustaqlığına buraxılmadı –Məhkəmə prosesi

Eldar Həsənov ev dustaqlığına buraxılmadı –Məhkəmə prosesiBakı Apelyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan apelyasiya şikayətinə baxılıb.

Məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, apelyasiya şikayəti E.Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin girov qətimkan ilə əvəz edilməməsilə bağlı vəsatətin təmin edilməməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verilib.

Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub və ona ittiham irəli sürülüb.

Daha sonra onun barəsindəki cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib/Report.

Eldar Həsənov ev dustaqlığına buraxılmadı –Məhkəmə prosesi

  • 22-09-2020, 12:58
  • 134


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qubada ağac qətlamı davam edir
  2. QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR! -Səmayə Həsənova | Münasibət
  3. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  4. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  5. Qobustanda kütləvi dava: Bir nəfər bıçaqlandı, üç nəfər döyüldü
  6. PAŞİNYAN TƏSLİM OLMAĞI TƏKLİF EDİR! – Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma...
  7. PAŞİNYANIN TÜRKİYƏYƏ QARŞI PLANLARI İFŞA EDƏN CÜMLƏSİ… –Ankara yeni dövrə öz xəritələriylə gedəcək - TƏHLİL
  8. Ordumuz bir sıra əraziləri işğaldan azad etdi-SİYAHI
  9. “Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” –Prezidentin köməkçisi
  10. Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI