Pakistan səfiri:"Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”

500 16-10-2020, 01:16 cemiyyet

Pakistan səfiri:"Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhərlərində mülki əhalini hədəf almasından narahatlığını ifadə edib.

Bu barədə Pakistan səfiri “Twitter”də bildirib.

“Azərbaycanın Gəncə, Tərtər və Bərdə şəhərlərində mülki insanların hədəfə alınması son dərəcə narahatedicidir. Pakistan Azərbaycan xalqına və hökumətinə başsağlığı verir. Beynəlxalq humanitar hüququ pozan Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”, – deyə diplomat qeyd edib/APA.

XƏBƏR LENTİ