Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən şəxs həbs edildi

Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən şəxs həbs edildi


“Instagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən və videolar yayan şəxs saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin səhifənin sahibi paytaxt sakini Rəşid Məmmədov yaşadığı Sabunçu rayonu ərazisində tutulub.

Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Rəşid Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Rəşid Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq toplanmış materiallar məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən həmin şəxs 20 gün müddətinə inzibati qaydada həbs edilib

Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən şəxs həbs edildi

  • 19-10-2020, 15:20
  • 332


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Masallıda “Sirr-M”MMC -yə məxsus yük maşınları Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınmasını həyata keçirir
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  3. Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi sənədli film çəkir
  4. Meksikada zəlzələ baş verib
  5. Valideyn himayəsindən məhrum olmuş 29 ukraynalı uşaq Azərbaycana gətirilib
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
  7. İranın Ukraynadakı səfirinin akkreditasiyası ləğv edilib
  8. Uqandada eboladan 11 nəfər ölüb
  9. Bakıda minik avtomobili yandı - 1 nəfər zəhərləndi
  10. İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI