Qubada ağac qətlamı davam edir

820 23-10-2020, 00:20 gundem

Qubada ağac qətlamı davam edir
Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin Alpan meşəbəyliyinin 1 saylı dolayında ağacların kütləvi şəkildə kəsilməsi halları müşahidə olunur. Bu barədə xeberdar.net-ə bölgədəki mənbəmiz məlumat verib və kəsilmiş ağacların foto şəkillərini təqdim edib.
Məlumata görə, ağacların kütləvi kəsiməsi ilə bağlı mərkəzin direktoru Vüqar Sultanova və digər səlahiyyətli şəxslərə məlumat verilsə də problemə biganə qalıblar.Çünki, həmin ağaclar 1 saylı dolayın gözətçisi Elmar Quliyev tərəfindən kəsilərək satılıb.

Qubada ağac qətlamı davam edir
Xatırladaq ki, ötən ilin may ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatı yayılmışdı.Məlumatda bildirilirdi ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.
Lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Məlumatda daha sonra qeyd olunurdu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların müraciətləri əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində, habelə Lənkəran və Quba Regional Meşə Təsərrüfatı Mərkəzlərində aparılmış monitorinqlər nəticəsində meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və digər yaşıllıqların icazəsiz kəsilməsi ilə təbiətə xeyli və külli miqdarda ziyan vurulması faktları müəyyən edildiyindən toplanmış materiallar araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Eyni zamanda, Quba Regional Meşə Təsərrüfatı Mərkəzində aparılmış monitorinqlərin nəticəsinə görə həmin ərazidə 4408 ədəd müxtəlif cins və diametrli ağacın kəsilməsi ilə təbiətə külli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) və 259.2.4 maddələri ilə (meşələrdə və ya qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların, eləcə də meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanılıb.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ibtidai istintaqı aparılan hər üç cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluq tərəfindən bundan sonra da bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, bu hadisədən sonra meşələrdə ağacların kəsilməsi anlaşılan deyil.Bu onu göstərir ki, meşəni qıran insanlar ya layiqli cəzalarını almayıblar, ya da cəzalar insanları əməlindən çəkindirməyib. Ümid edirik adiyyatı qurumlar məsələyə müdaxilə edəcəklər.

Xeberdar.net olaraq yazıda adı çəkilən şəxsləri dinləməyə və mövqeyni dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.


Qubada ağac qətlamı davam edir
Qubada ağac qətlamı davam edir
Qubada ağac qətlamı davam edir
Qubada ağac qətlamı davam edir
Qubada ağac qətlamı davam edir
Qubada ağac qətlamı davam edir
Qubada ağac qətlamı davam edir
Qubada ağac qətlamı davam edir

XƏBƏR LENTİ