Ukrayna Azərbaycana tam dəstək verir - Erməni Avakov isə Kiyevin mövqeyini dəyişməyə çalışır

461 23-10-2020, 00:24 dunya

Ukrayna Azərbaycana tam dəstək verir - Erməni Avakov isə Kiyevin mövqeyini dəyişməyə çalışırHərb və Sülh Xəbərləri İnstitutunun portalında Yuri Pançenko Ukraynanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini təhlil edib. İndiyədək Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Krımın Rusiya tərəfindən ilhaqı, Donbas müharibəsindən dolayı bu mövqe daha da güclənib.

Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyan rəsmi Kiyevin bu mövqeyindən narazıdır. "Ukrayna yalnız ərazi bütövlüyünə diqqət etdikcə münaqişədə avtomatik olaraq Azərbaycanın tərəfini tutmuş olur. Ukrayna münaqişənin dinc yolla həllində israr etsəydi, daha yaxşı olardı”, - deyə səfir bildirib. Ukrayna bu yaxınlarda Azərbaycanı strateji tərəfdaş elan edib. Yəni Bakıyla münasibətlər Polşa, Litva, Gürcüstan kimi tərəfdaşların səviyyəsinə qaldırılıb. Azərbaycanı dəstəkləyən Türkiyə də strateji tərəfdaş statusuna malikdir. Ermənistan isə indiyədək Krım və Donbasla bağlı səsvermələrdə bir qayda olaraq Rusiyanı dəstəkləyib.

Məqalədə deyilir ki, Dağlıq Qarabağda əməliyyatlar başlayanda Xarici İşlər Nazirliyi rəsmi səhifəsində deyil, Facebook-da yerləşdirdiyi bəyanatda Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək bildirməyib. Bəzi təhlilçilər bu münaqişənin artıq xarici siyasət deyil, yerli məsələ olduğunu düşünürlər. Daxili işlər naziri Arsen Avakovun Ermənistanın böyük Ukrayna diasporunu təmsil etdiyi bildirilir. Bu ilin əvvəlində AB-nin Bakıda təşkil etdiyi polislər üçün seminara etnik ermənilərdən ibarət nümayəndə heyəti göndəribmiş. Bakı onları qəbul etməyəndə isə Avakov AB səfirliyinə qəzəbli məktub ünvanlayaraq Azərbaycana qarşı cəza tədbirləri tələb edib.

Müəllif yazır ki, 2014-cü ildən nazir olan Avakovun nüfuzu Volodimir Zelenski prezident seçiləndən daha da güclənib. “Arsen Avakovun nüfuzu rəhbərlik etdiyi nazirliyi aşır. O, bütün gücüylə təsir gücündən yararlanaraq Ukraynanın Qarabağa dair mövqeyini dəyişməyə çalışır”, – Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos deyib./"AzPolitika.info"

XƏBƏR LENTİ