"Kimlərsə yenə mənim üzərimdən ölkə daxilində gərginlik yaratmağa çalışırlar"

776 2-11-2020, 00:15 siyaset / cemiyyet / gundem

"Kimlərsə yenə mənim üzərimdən ölkə daxilində gərginlik yaratmağa çalışırlar"Məzhəb və etnik ayrıçalıqlar salan təxribatçılara qarşı diqqətli olaq.

UYARI.

Təxribatlara uymayın.

Dəyərli dostlar. Ordumuz artıq Qarabağı işğalçılardan azad etməkdədir. Qarabağ bizimdir, Qələbə bizimdir. Uğur bizimdir.
Məhz belə bir dönəmdə kimlərsə yenə mənim üzərimdən ölkə daxilində gərginlik yaratmağa çalışırlar. Müxtəlif ölkələrə bağlı qüvvələr Azərbaycanda etnik və din qarşıdurmaları yaratmağa çalışırlar və hədəfdə "düşmən obrazı" kimi yenə mənəm. Əvvəllər məni "talış düşməni" kimi qələmə verib ölkədə etnik qarşıdurmalar yaratmağa cəhd etdilər. Sonra "Hz.Hüseynə qarşı mübarizə aparır" dedilər, sonra "Aşuranı ləğv elətdirmək istəyir" dedilər. Bu plan baş tutmadığı üçün indi də məni "erməni" və "Şiyə düşməni" kimi təbliğ edirlər.


Dostlar, bilin ki, Yasəmən Qaraqoyunlunu "Şiə düşməni" adlandıranlar Türkiyə Azərbaycan konfederasyonu ideyasını iflas etdirmək, Türkiyə- Azərbaycan- Pakistan hərbi -siyasi -strateji birliyini dağıtmaq, Türkiyə Azərbaycan birliyinə qarşı məzhəb ayrıçalığı təfriqəsini yaratmaq istəyən güclərdir. Çünki mən hər zaman Türkiyə hərbi bazasının Azərbaycanda qalmasını, Türkiyə Azərbaycan konfederasyonunu, bir millət 7 dövlət birliyi ideyasını dəstəklədim, bütün kürsülərdən söylədim. İndi bu ideyalar həyata keçdiyi bir dönəmdə, Türkiyə Azərbaycan birliyini pozmaq üçün ölkədə məni "Şiyə düşməni" kimi təbliğ edib, əslində ölkədə məzhəb qarşıdurmaları fikrini yaymaqla Türkiyə-Azərbaycan birliyinə mane olmağa çalışırlar.

Dostlar, Türkiyə və Azərbaycan türklük üzərindən birləşmişlər və gərəkirsə din üzərindən də birləşəcəklər. Biz müsəlmanıq. Dinimiz İslamdır. Sünni də bizik, Şiyə də bizik. Biz əsla məzhəb ayrıçalığı etmirik və məzhəb davası aparmırıq. Biz bütün müsəlmanların imperializm qarşısında bir olmasını arzulayırıq.
Lakin biriləri ölkəmizdə məzhəb davaları salmaq istəyir. Diqqətli olaq. Bu oyunlara, bu fikirlərə inanmayaq.

Bütün bunlarla yanaşı, buradan bildirirəm ki, mən bir araşdırmaçıyam. İslam, Xristianlıq, Buddizm, Şiyəlik, Sünnilik, Zərdüştlük, Maniheizm, İudaizm, Şintoizm, Sufizm, Protestantlıq bə s. Haqqında, Məhəmməd Peyğəmbər, Hz. İsa, Zərdüşt, Hz. İbrahim, Hz.Əli, Əbubəkr, Hüseyn, Ömər, Kanfutsi...haqqında əlbəttə mənim subyektiv interpretasiyalarım, fikirlərim ola bilər. Bəzən cəmiyyətin alışmadığı, ənənəvi olan baxışlardan fərqli baxışlarım, yanaşmalarım da ola bilər. Bir araştırmaçının missiyası da zatən budur. Araştırmaçı doğru hesab etdiyi hər bir şeyi öz toplumuna deyər və yazar. Şiəliyi bir dünyagörüş və məzhəb kimi əlbəttə araştırmaq və fərqli baxış sərgiləmək haqqım vardır. Bu hansısa bir şiyə dindarın şəxsi inanc məsələsindən çox bir tədqiqatçının həqiqəti arama məsələsi ola bilər. Nə demişiksə bir tədqiqatçı kimi demişik. Bəli, demişik ki, İranda, əhalinin altmış faizini təşkil edən türkləri İran rejimi Şiyəlik inancı ilə əslində assimilyasiya edirlər. Bu gün təəssüflə Şiyəlik Farslarla Türkləri birləşdirən ortaq dəyər olmaqdan çox, ayırıcı bir dəyər olmuşdur, çünki Şiyəlik Panfarsizm zəhərinə bürünmüşdür, fars mifləri və millətçiliyi ilə mahiyyətindən sapdırılmışdır. Nə demişəm ki. Dediklərimdə hansı yalan var ki...Bunları deyərkən Əli Şəriətinin əsərlərini, özəlliklə də "Əli Şiyəsi Səfəvi Şiyəsi", "Özə dönüş" əsərini, Əhməd Ağaoğlunun "Şiyəlik inancında məzdəkilik" əsərini əsas almışam. Buyurun, bu əsərləri təkzib edin. Şiyəlik haqqında elmi müzakirələr başqadır, inanc başqadır. Mən axı elmi müzakirələrdə iştirak etmişəm, AMEA Fəlsəfə İnstitunda elmi konfransda "Ə.Ağaoğlu görüşlərində Şiəlik" mövzusunda məruzəm olub.

Buradan bildirirəm ki, heç bir Şiənin inancı ilə işim yoxdur və din və vicdan hürriyyəti prinsipinə sayğım vardır. Rahat olun.

Çoxdan bilirdim ki, müəyyən qüvvələr bizi Şiyə fanatizminin qurbanına çevirmək üçün bir hədəf göstərmişlər. Əslundə isə burada əsas məsələ Şiəlik deyil, əsas hədəf Bütöv Azərbaycan Hərəkatıdır. Bu hərəkatı, bu ideyanı yox etmək üçün məni fanatizmin hədəfinə və qəzəbinə gətirməyə çalışırlar.

Lakin dəyərli dostlar ehtiyatlı olun. Qarabağdakı qələbələrimizdən sonra düşmənlərimiz bir yumruq kimi birləşmiş millətimiz içinə təfriqə salmaq, milli birliyimizi pozmaq və Azərbaycanda daxili ixtişaş yaratmaq üçün yenə mənim şəxsiyyətim üzərindən planlar tökürlər. İndi məni "Azərbaycandakı 90 faiz Şiyələrin düşməni" kimi qələmə verib linc etməyə çalışırlar.

Dostlar buradan bildirirəm ki, mənim Göyçənin Cil kəndindən olan Qızılbaş babam, bir şiyə idi və oğlanlarının adına Əhli Beyt mənsublarının adlarını qoymuşdu. Bizim ailəmizdə Əhli Beytə həmişə sevgi olmuşdur.

Dostlar mən bir Şiə düşməni deyiləm. Sadəcə Şiəliklə Panfarsizmin fərqli olduğunu deyirəm. Mən Şiyəliyin farslaşdırılmasına və fars ideologiyasına xidmət etməsinə qarşıyam. Mən Şiyəliyin yox, şiyəliyi istismar edib gözdən salan panfarsizmin əleyhinəyəm.
Mən deyirəm ki, İran şiyələri Qarabağda Ermənistanın yox, Azərbaycanın 90 faiz şiyələrinin yanında durmalıdır. Mən deyirəm ki, İran erməniləri yox, Azərbaycanı, Şiyə qardaşlarını müdafiə etməlidir. Mən deyirəm ki, İran Araz çayı üzərində 5 körpü tikib Qatabağdakı erməni işğalçılarına yardım etməməliydi, mən deyirəm ki, İranln Qarabağda 25 bankı, 300 şirkəti Qarabağda fəaliyyət göstərib bizim təbii sərvətlərimizi talamamalıydı. Bəli biz Şiyəik. İran da bizim şiyə qardaşımız kimi Qarabağda ermənilərin yanında yox, bizim Azərbaycanın yanında durmalıydı. Qarabağın işğaldan azad edilməsində Türkiyə kimi, Pakistan kimi Azərbaycanı dəstəkləməliydi.

Dostlar mən deyirəm ki, Azərbaycan Türk dünyasının mərkəzidir və türklük məfkurəsi ilə bölgəsəl gücə çevrilmək patensialına sahibdir. Türk dil və kültür arealı çox böyükdür və Azərbaycan bu arealda böyük iqtisadi, siyasi, hərbi və kültür sahəsində böyük yatırımlar qoyub, böyük qazanclar əldə edə bilər.

Dostlar mən Türk deyərkən, vətən və millət deyərkən Ə.B.Hüseynzadənin, Ə.Ağaoğlunun, M.Ə.Rəsulzadənin, Atatürkün, Sultan Mehmetin, Şah Xətainin, İsmayıl Qaspıralının, Ə.Elçibəyin, Oljas Süleymanın, L.Qumilyovun, Nadir Şahın türklüyündən örnək gətirirəm, ideyalarına söykənirəm.

Dostlar mən deyirəm ki, İran ermənipərəst siyasəti ilə şiəliyi gözdən saldı.Mən deyirəm ki, İranın 60 faizi türkdür və İran fars rejimi öz şiyə qardaşlarının, türklərin dilini yasaq edə bilməz.

Dostlar düşmənlə savaşın çoxlu tərəfləri var. Silahla savaşılır, sözlə savaşılır, ideologiya ilə savaşılır, informasiya ilə savaşılır, fikirlə savaşılır, qələmlə savaşılır. Mənim silahım söz, fikir, qələmdir. Biz də Vətən savaşımızı fikirlə aparırıq.

Məni etnik və dini qarşıdurmalara cəlb edib ləkələmək istəyən düşmənlər hədəflərinə çatmayacaqlar. Mən Azərbaycanımızı bölmək, dəyişdirmək və assimilyasiya etmək istəyən güclərin qarşısına Tarixi hafizəmizi bərpa etməklə sədd çəkirəm. Son 100 ildə çoxsaylı Düşmənlər bizi tariximizi çarptırmaqla yox etməyə çalışmışlar. Bizi Tarixdən çıxarıb atmağa çalışmışlar. Mən əlbəttə bunun fərqindəyəm.

Dostlar mən erməni deyiləm, bir tərəfim Göyçə, bir tərəfim Qaraqoyunlu olan saf bir türkəm. Bizim Şəcərəmiz, ailəmiz, nəslimiz haqqında çoxlu kitablar yazılıb və öz bölgəmizdə tanınmış, şərəfli bir nəsil, ailə olmuşuq. Göyçə Qaraqoyunluda ümumiyyətlə erməni olmayıb. Ermənilər bu bölgələrə SSRİ dövründə köçürülmüşlər və bizim yerlərdə ümumiyyətlə ermənilərlə qohumluq, evlilik də heç zaman olmayıb. Cümhuriyyət dönəmində Göyçə Qaraqoyunlu Gəncə bölgəsinin Qazax qəzasının bir parçası idi və 1922 ci ildə Azərbaycan Kommunist rəhbərliyi bu bölgəni Ermənilərə vermişdir.
Şəxsiyyət vəsiqəmdə doğum yeri kimi Ermənistan yazıldığı üçün düşmənlər haqqımda erməni uydurması yayırlar. Ermənistanın 2 milyon əhalisinin 1 milyonu türklər idi və təəssüflə qeyd edirəm ki, Azərbaycanda bizim sayımızı azaldaraq 200 min, 250 min rəqəmləri səsləndirirlər.

Dostlar bax bütün bunlara görə indi də məni " Şiyə düşməni" kimi təbliğ edib Azərbaycanın içinə bu savaş dönəmində din və məzhəb qarşıdurması salmaq istəyən qüvvələr var.

Dostlar bu təxribatlara uymayın, cavab verməyin. Diqqətli olun.

Qarabağ Azərbaycandır!
İrəvan Azərbaycandır!

Yasəmən Qaraqoyunlu,AMEA-nın elmi işçisi

XƏBƏR LENTİ