TÜRK PROFESSOR NAXÇIVANA SƏFƏRLƏRİNDƏN YAZDI:"Zəngilanın qarşısında yerləşən Naxçıvan və qüvvələri hər şeyə hazırdır"

431 4-11-2020, 14:49 cemiyyet

TÜRK PROFESSOR NAXÇIVANA SƏFƏRLƏRİNDƏN YAZDI:"Zəngilanın qarşısında yerləşən Naxçıvan və qüvvələri hər şeyə hazırdır"Professor Kürşad Zorlu

“Habertürk”, 04 noyabr 2020-ci il



Azərbaycanda olduğumuz zaman bir şey həmən gözə çarpırdı. Binalarda, küçələrdə, kəndlərdə belə, Azərbaycan bayrağı və yanında mütləq Türkiyə bayrağı asılmışdı. Bəzi avtomobillərdə Pakistan bayrağı da gördüm.

Görüş zamanı Prezident İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərilə bağlı “təbii müttəfiqlik” ifadəsi işlətdi. Hər kəsin ilk söylədiyi şey Türkiyənin qərarlı duruşu və mənəvi dəstəyi idi.

Ermənistanın yalanlarına rəğmən, Azərbaycan ordusunun haqlı mübarizəsi yalnız müharibənin olduğu bölgədə davam edir. Özünün işğal edilmiş torpaqlarından başqa heç kimin torpağında gözü yoxdur. Dünənki yazımdan sonra Ermənistanda bəzi qəzetlərin mənə hücum etməsi içinə düşdükləri çarəsizliyi də ortaya qoymaqdadır.

Qarabağın işğalına son verilərsə, bu durum Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Naxçıvan, hətta Ermənistanın da içində yer aldığı bölgədə yeni əməkdaşlıq imkanlarını ortaya çıxaracaqdır. Bundan narahat olmuşlar. Görəsən, Ermənistan hakimiyyəti qeyri-qanuni işğalı davam etdirmək əvəzinə, diqqətini bu hədəfə yönəltsəydi bölgədə müharibə olardımı?

Bakıdakı görüşlərimizin ardınca hörmətli Binəli Yıldırımın qərarı ilə Naxçıvan Muxtar Respublikasına keçdik. Türkiyə, İran və Ermənistan arasında yerləşən, dənizə çıxışı olmayan Naxçıvan ölkəmizin Azərbaycanla yeganə sərhəddi olan bir yerdir. Atatürkün “Türk qapısı” dediyi yerdir. Böyük liderin vaxtilə bura ilə əlaqədar necə bir tarixi həmlə etdiyini təkrarən anlayırıq. İğdıra 160 km-lik məsafədədir. Strateji önəmi ilə birlikdə, köklü bir tarixə sahibdir. Əbülfəz Elçibəy də, Heydər Əliyev də, indiki prezident İlham Əliyev də buradandır. Naxçıvan Xarici siyasət və müdafiə sahəsində Azərbaycana bağlıdır.

Ora çatan kimi, Naxçıvan rəhbəri, Ali Məclisin Sədri Vasif Talıbovun kabinetində heyətlərarası görüş oldu. Hörmətli Binəli Yıldırım Naxçıvanın türk dünyası üçün önəmindən bəhs etdi. Diqqəti 2009-cu ildə Türk Şurasının burada qurulduğuna çəkdi. İkitərəfli ticarət əlaqələrinin artırılmalı olduğunu vurğuladı.

Talıbov sözə İzmirdəki zəlzələ zamanı ölənlərlə əlaqədar başsağlığı verməklə başladı. Bakıdakı qərarlılıq Naxçıvanda da görünürdü. Ötən həftə işğaldan azad edilən Zəngilan rayonunun birbaşa qarşısında yerləşən Naxçıvan və bütün qüvvələri hər şeyə hazırdır.

Görüşlərimiz davam edərkən diqqətimi bir şey cəlb etdi. Heç kim maska taxmırdı. Bizim maska taxmağımıza təəccüblə baxırdılar. Unuda bilərdilərmi? Bir neçə dəqiqə sonra anladıq ki, Naxçıvanda koronavirusa yoluxma halı yoxdur. Xəstəxanada xəstə yoxdur. Müharibə nəzərə alınmazsa, normal həyat davam edir. Bunda zamanında alınan önləyici tədbirlərlə birlikdə, giriş-çıxışların çox məhdud olmasının böyük payı vardır. Anladım ki, koronavirussuz normal bir həyat yaşamağa həsrət qalmışıq.

Hazırda Naxçıvan əhalisinin sayı 480 minə yaxınlaşıb. Şəhərlərə köçü önləmək üçün öncəliklə kəndlərdəki infrastrukturun inkişafına və yerli inkişafa diqqət yetirilir. Demək olar ki, hər bir kəndə təbii qaz çəkilib. Beləliklə, əkinçilik və heyvandarlıq ayaqda tutulur. Özlərinin istehsal etdikləri məhsullar daxili bazar üçün yetərli olur.

Naxçıvanda yalnız ibtidai və orta məktəblərdə deyil, universitetlərdə də açıq və üzbəüz təhsil verilir. 1000-ə yaxını türk olmaqla, təqribən 7000 universitet tələbəsi vardır. Tələbələrin çoxu ölkələrinə geri dönməyib. Bəzi bölümlərlə bağlı Türkiyə ilə bərabərlik istənsə də, tələb hər il artır. Hətta bu yaxınlarda tibb fakultəsini bitirən bir türk tələbə Naxçıvanda doktorluq dərəcəsi üzrə təhsil almaq istədiyini səlahiyyətli orqanlara çatdırmış, onlar da “tamam” demişlər. İndi işə başlayır.

Deyirəm ki, Naxçıvan Respublikası, savaş bitdikdən sonra hamımızın gəlib görməli olduğu bir yerdir…

Tərcümə Strateq.az-ındır

XƏBƏR LENTİ