Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn həftə çapa göndəriləcək- Dilçilik İnstitutu

477 4-11-2020, 15:25 cemiyyet

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn həftə çapa göndəriləcək- Dilçilik İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti” gələn həftə ərzində çap üçün nəşriyyata təqdim ediləcək.

Bunu Trend-ə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin Qərarının yeni lüğətin hazırlanmasında nəzərə alınacağını söyləyib.

M.Nağısoylu yeni lüğətdə təxminən 106 min sözün olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr edilib. Orfoqrafiya lüğətinin yeni nəşri də Dilçilik İnstitutunun Lüğətçilik üzrə ixtisaslaşmış tanınmış dilçi alimləri və mütəxəssisləri tərəfindən hazırlanıb.

Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib.

2019-cu ildə Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.

XƏBƏR LENTİ