"Armen Sarkisyan Bakının casusudur" – İrəvanda qızğın mübahisə

494 5-11-2020, 13:57 dunya

"Armen Sarkisyan Bakının casusudur" – İrəvanda qızğın mübahisəErmənistan prezidenti Armen Sarkisyanın Britaniyanın BP korporasiyası ilə əlaqələri onun üçün problemə çevrilib.

Artıq buna görə Sərkisyan Azərbaycan xeyrinə çalışmaqda, eləcə də Qarabağ savaşında Azərbaycanın xeyrinə addımlar atmaqda ittiham edilir.

Sarkisyanı ittiham edənlər onun Qarabağ savaşından öncə öz reytinqini qaldırmaq üçün dəfələrlə BP ilə sıx əlaqələrinin olduğuna dair etiraflarını tirajlamağa başlayıblar. Əslində Armen Sərkisyana qarşı bu ittihamlar BP-nin rəsmən Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsindən sonra başlayıb.

Bu məsələdə “Hayeli.am” saytı xüsusi fəallıq göstərir.

Qeyd edək ki, Sarkisyana qarşı ittihamlar müharibədən öncə də olub. Belə ki, Robert Köçəryana yaxınlığı ilə seçilən Adekvad Partiyası bundan öncə Sarkisyanı Azərbaycanın xeyrinə çalışmaqda ittiham edib.(Axar.az)

XƏBƏR LENTİ