Birdəfəlik ödəmənin 100 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır

Birdəfəlik ödəmənin 100 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılırPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti sosial dəstək tədbirinin icrasına başlanır. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) veriləcək. Bu barədə Nazirlər Kabinetinin müvafiq Qərarı da qəbul edilib.

Adıçəkilən şəhər və rayonlar üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra həmin məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunun üçün vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur.

Vəsait birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək.

Birdəfəlik ödəmənin 100 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır. Ödəmənin verilməsinə başlanarkən bu barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min şəxsə, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3 və 4-cü dəfə birdəfəlik ödəmələr verilib və bu məqsədlə ümumilikdə 332 milyon manat sərf olunub.

Birdəfəlik ödəmənin 100 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır

  • 6-11-2020, 16:04
  • 110


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  3. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
  4. "Kommersant" Ermənistana "İsgəndər M" raketinin nə vaxt verildiyi haqda yazıb
  5. Azərbaycanda küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkarlanıb
  6. Bakıda hosteldə qalan "tik-tok" fenomenlərinin ölümü ilə bağlı - TƏFƏRRÜAT
  7. “Texniki baxış rüsumundan 5 dəfə artıq pul alınır...”- Qarabağ əlili Yevlaxın “texosmotr rəisi”ndən şikayətçidir
  8. MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ VƏTƏN MUHARİBƏSİNDƏ ARXA CƏBHƏDƏ xidmət göstərən şəxslər və fəal gənclərlə görüşüb - FOTOLAR
  9. Sabaha gözlənilən hava proqnozu açıqlanıb
  10. TƏBİB RƏHBƏRLİYİNDƏ GECƏ HƏBSLƏRİ! - Korrupsiya İdarəsi baş həkimləri saxladı (Yeniləndi)
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI