
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, rayon ərazisində iki avtomobil toqquşub.
Hadisə nəticəsində avtomobillərdən birində olan sərnişin, 1967-ci il təvəllüdlü Qarayeva Aidə Mahmud qızı müxtəlif bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb