Mühafizə Xidmətindən şikayət var: İşçinin maaşı verilmir

Mühafizə Xidmətindən şikayət var: İşçinin maaşı verilmir
"Vətən-n Mühafizə Xidməti" işçinin maaşını vermir. Bu barədə Xeberdar.net-ə adının çəkilməsini istəməyən vətəndaş bildirib.

Vətəndaş deyib ki, iyul və avqust ayları ərzində "Vətən-n Mühafizə Xidmətində" növbətçi hissə müfəttişi vəzifəsində çalışıb. işlədiyi həmin ayların maaşını ala bilməyib. Sonradan onun 200 manat məbləğində olan bir aylıq maaşı hər dəfə 10 manat olmaqla hissə-hissə ödənib.Dgər ayın maaşını isə hələ də ala bilmir. Digər qalan hissəni almaq üçün isə işçi get-gələ salınıb. O. bunun səbəbini soruşduqda bildiriblər ki, maaş idarə heyətindən toplanılan pullar hesabına ödənilir. İdarənin rəisi Etibar Qasımov tərəfindən maaşın toplanması barədə göstəriş versə də göstəriş həyata keçirilməyib.

Qeyd edək ki, maaşın gec verilməsi ilə yanaşı əmək məcəlləsi də kobud surətdə pozulur. Bu işçıyə verilən maaşdan da bəlli olur. Əmək məcəlləsində nəzərdə tutulmuşdur ki, minimum əmək haqqı 250 manat hesablansın. Habelə maaş gec verilərsə, verilməli olduğu gündən etibarən verildiyi günə kimi maaşın ən azı 1%-i təzminat kimi ödənməlidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net

Mühafizə Xidmətindən şikayət var: İşçinin maaşı verilmir

  • 20-11-2020, 13:44
  • 91


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Partiya sədrindən çağırış: "Xalqımızı bölməyə, kiçiltməyə hesablanmış ittiham və iradlarınızı saxlayın"
  2. Vətəndən uzaqda Vətənlə döyünən ürəklər....
  3. Rəfail Tağızadə: "Olanları unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək"
  4. İlahə Sadıqova: "Məişət zorakılığı bütövlükdə cəmiyyət üçün təhlükəlidir"
  5. AZƏRBAYCAN ORDUSU ŞƏHİD VERDİ: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
  6. İran rəsmiləri İsraili nüvə fiziki Muhsin Fəhrizadəyə sui-qəsd etməkdə günahlandırır
  7. Fransa sabah nə qərar verəcək? - Makronun səhv qərarı Azərbaycanı itirməklə nəticələnə bilər
  8. Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib –Əmr
  9. Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi
  10. Şəmkirdə ev yanıb külə döndü
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI