Qərar bu gün keçirilən kollektiv iclasında qəbul edilib
"Səs" qəzeti fəaliyyətini dayandırıb. Xeberdar.net məlumat verir ki, bu barədə qəzetin baş redaktoru Bəhruz Quliyev bildirib.
Quliyev qeyd edib ki, qərar bu gün keçirilən kollektiv iclasında qəbul edilib.
Qeyd edək ki, qəzet 1991-ci ildən nəşr olunur.