Midye və kumpir faciəsi: 2 uşaq həyatını itirdi, valideynlər reanimasiyada

1 139 14-11-2025, 11:48 dunya / gundem

Midye və kumpir faciəsi: 2 uşaq həyatını itirdi, valideynlər reanimasiyadaNoyabrın 9-da Almaniyadan İstanbula gələrək Fatihdəki otelə qeydiyyatdan keçən Servet və Çiğdem Böcek övladları Kadir Muhammet (6) və Masal (3) ilə birlikdə noyabrın 11-də Ortaköydə satılan midyelərdən yeyib və restoranda kumpir sifariş veriblər.

Elə həmin gün ailə üzvlərində qusma və ürəkbulanma başlayıb. Şikayətlər davam etdiyindən Böcek ailəsi noyabrın 12-də xəstəxanaya müraciət edib. Müalicədən sonra evə buraxılan ailə otelə qayıdıb.

Araşdırmaya başlanılıb

Çiğdem Böcekin anası, qızı Masalı otel otağında hərəkətsiz vəziyyətdə tapıb və dərhal tibbi yardım çağırılıb. Ailə üzvləri xəstəxanaya çatdırılsa da, uşaqları xilas etmək mümkün olmayıb. Ata Servet Böcekin intubasiya olunduğu, Çiğdem Böcekin isə reanimasiyada olduğu bildirilib.

Bu vaxt polis otelin kamera görüntülərini təmin edib və dörd şahidi dindirib. İstanbul İl Sağlamlıq Müdiri Dos. Abdullah Emre Güner hadisə ilə bağlı araşdırma başlatdıqlarını açıqlayıb.

Mənbə: Türkiyə mediası

XƏBƏR LENTİ