Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam rayonunun düşmən işğalından tamamilə azad edilməsi münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edirik! Bununla yanaşı xatırlatmaq istəyirik ki, Nazirlər Kabinetinin 19 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Odur ki vətəndaşlarımızdan xüsusi karantin rejiminin tələblərini pozmamağı, o cümlədən sosial məsafəni gözləmələrini və tənəffüs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmələrini xahiş edirik”, - deyə müraciətdə bildirilib.

DİN-dən qeyd edilib ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

“Səbrli və anlayışlı vətəndaşlarımıza əvvəlcədən təşəkkür edirik”.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

  • 20-11-2020, 15:30
  • 27


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Partiya sədrindən çağırış: "Xalqımızı bölməyə, kiçiltməyə hesablanmış ittiham və iradlarınızı saxlayın"
  2. Vətəndən uzaqda Vətənlə döyünən ürəklər....
  3. Rəfail Tağızadə: "Olanları unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək"
  4. İlahə Sadıqova: "Məişət zorakılığı bütövlükdə cəmiyyət üçün təhlükəlidir"
  5. AZƏRBAYCAN ORDUSU ŞƏHİD VERDİ: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
  6. İran rəsmiləri İsraili nüvə fiziki Muhsin Fəhrizadəyə sui-qəsd etməkdə günahlandırır
  7. Fransa sabah nə qərar verəcək? - Makronun səhv qərarı Azərbaycanı itirməklə nəticələnə bilər
  8. Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib –Əmr
  9. Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi
  10. Şəmkirdə ev yanıb külə döndü
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI