Putin Baydeni nəyə görə təbrik etməyib? –Açıqlama

464 22-11-2020, 19:00 dunya

Putin Baydeni nəyə görə təbrik etməyib? –AçıqlamaRusiya ABŞ-da daxili-siyasi mübarizənin başa çatmasını gözləyir, Moskvanın prezident seçkilərinin qalibini təbrik etməsi məsələsində heç bir gizli səbəb yoxdur.

“RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Sizi əmin etmək istəyirəm ki, burada heç bir gizli səbəb yoxdur, kiminsə bizim xoşumuza gəlməsi və gəlməməsi məsələsi deyil. Biz, sadəcə, daxili siyasi mübarəzinin başa çatmasını gözləyirik. Biz ABŞ xalqının etimad göstərdiyi istənilən insanla çalışacağıq”, – deyə Rusiya lideri bildirib.

Xatırladaq ki, ABŞ-da noyabrın 3-də prezident seçkiləri keçirilib.

ABŞ prezidenti postu uğrunda Donald Tramp və Co Bayden mübarizə aparır.

XƏBƏR LENTİ