Fransa sabah nə qərar verəcək? - Makronun səhv qərarı Azərbaycanı itirməklə nəticələnə bilər

514 24-11-2020, 14:38 siyaset / cemiyyet

Fransa sabah nə qərar verəcək? - Makronun səhv qərarı Azərbaycanı itirməklə nəticələnə bilərQarabağ münaqişəsi ilə bağlı döyüşlərin getdiyi bu 44 gün ərzində Fransanın 3 yaşayış məntəqəsi Dağlıq Qarabağı "müstəqil dövlət" kimi tanıyıb. Noyabrın 18-də Fransa Senatı tanınma zərurəti haqqında qanun layihəsi hazırlayıb və elə həmin gün Paris meriyası bu barədə çağırış edib. Senat sabah, noyabrın 25-də bu qətnaməyə baxmalıdır.

Bu günlər ərzində Fransa prezidenti Emmanuel Makronun da bir çox açıqlamaları Azərbaycanda kəskin tənqidlərlə qarşılanıb.

Amma noyabrın 22-də Fransa prezidentinin yerli erməni icması ilə görüşündə Dağlıq Qarabağı Azərbaycanın ərazisisi kimi xarakterizə etdiyi qeyd olunur. E. Makron "Instagram"-da həmin görüşündən video yerləşdirib.
“Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ vəona bitişik digər rayonlar Azərbaycan ərazisi hesab olunur. Buna görə suveren dövlətin istəyi olmadan onun işlərinə müdaxilə etmək yolverilməzdir”, deyə o bildirib.

Videokonfrans formatında keçirilən görüşdə E.Makron eyni zamanda, həmsöhbətlərinə noyabrın 9-da bağlanmış atəşkəs razılaşması fonunda Fransanın prioritetlərini də xatırladıb.

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi şurasının üzvü, Milli Məclisin deputatı Məlahət Həsənova bu barədə "Azadlıq" radiosuna açıqlamasında bildirib ki, Emmanuel Makron erməni mənşəli seçiciləri qane etmək istəyi ilə onlar kimi görünməyə çalışırdı: “Roma Papasından daha çox katolik” analogiyası ilə, müstəsna olaraq yalnız onların xeyrinə çıxış edirdi. Fransa prezidenti bununla ölkənin Azərbaycanla münasibətlərinin məhv edilməsi prosesini həyata keçirirdi.

Deputatın sözlərinə görə, iş o yerə çatıb ki, prezident İlham Əliyev fransızlara Fransa torpaqlarında erməni muxtariyyəti yaratmağı təklif edib: “Noyabrın 9-da Azərbaycan ordusu regionda geosiyasi vəziyyəti əsaslı şəkildə dəyişdirib. N. Paşinyan sülh haqqında kapitulyasiya bəyanatı imzalamaq məcburiyyətində qalıb. Həmin vaxtdan etibarən noyabrın 22-nə qədər Makron düşünür və ya məsləhətçilərini dinləyirdi, ona komandası daxilindən təzyiq göstərilirdi. Nəticədə, noyabrın 22-də o, tamamilə fərqli bəyanat verib”.

Məlum olduğu kimi, noyabrın 18-də Fransa Senatı “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti haqqında” qətnamə layihəsini səsverməyə çıxarmaq qərarı qəbul edib. Layihəni Senatın beş ən böyük siyasi fraksiyasının rəhbərləri imzalayıb. Oktyabrın 14-dəFransa Parlamentinin aşağı palatasına da analoji qanun layihəsi çıxarılmışdı. Bu layihələrin taleyi necə ola bilər?

M. İbrahimqızı qeyd edir ki, Fransa istənilən qərarı qəbul etmək iqtidarında olan böyük, suveren Avropa ölkəsidir: "Bu, dünyada erməni diasporasının ən böyük olduğu üç ölkədən biridir. Dövlət başçısı seçicilərinin tələblərini nəzərə alır. Amma Fransa üçün onun milli maraqları hər şeydən üstündür. Düşünmürəm ki, ölkə prezidentinin belə bir bəyanatından sonra bu qanun layihələri qanun statusu alsın. Xatırladım ki, 2017-ci ildə Fransanın Konstitusiya Məhkəməsi “erməni soyqırımının” inkar edilməsinin kriminallaşdırılması haqqında qanunu ləğv edib.”

Onun fikrincə, Fransa Türkiyə prezidenti Ərdoğanın xəbərdarlığını nəzərə alıb. O hesab edir ki, Azərbaycan əleyhinə iki qanun layihəsində də belə olacaq.

“E.Makron Azərbayan prezidenti İlham Əliyevin prisipial mövqeyini bilir və ölkəsini ATƏT-in Minsk Qrupunun həmsədrləri siyahısında saxlamağa üstünlük verib. O, müharibənin nəticələrini, Azərbaycan ordusunun, vətəndaş cəmiyyətinin, hakimiyyətinin və xalqının birliyi nəticəsində bölgədə yaranmış yeni reallıqları nəzərə alıb. Azərbaycanın Şuşadakı qələbəsi artıq türklərin Çanaqqaladakı qələbəsi ilə müqayisə olunacaq. Orada fransızlar və britaniyalılar Birinci Dünya Müharibəsinin boğazlara yiyələnmək uğrunda gedən ən böyük döyüşlərindən birini türklərə uduzmuşdular” -deyə? M.Həsənova qeyd edib.

Milli Məclisin başqa bir deputatı Asim Mollazadə isə mövzu ilə bağlı bunları deyib: “BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycanın ərazi bütövlüyünün lehinə səs vermiş ölkənin qanunvericiləri tərəfindən beynəlxalq hüququn pozulmasının yolverilməz olduğunu Fransa deputatlarına da izah etmək lazımdır”.

A. Mollazadə hesab edir ki, Fransa 9 noyabr tarixli üçtərəfli atəşkəs sazişinin təsiri dairəsində hərəkət etməyə məcbur olacaq:
“Onun Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk Qrupu çərçivəsində fəallaşması, eləcə də prezident E. Makronun sonuncu bəyanatı buna dəlalət edir”.

"AzPolitika.info"

XƏBƏR LENTİ