İran rəsmiləri İsraili nüvə fiziki Muhsin Fəhrizadəyə sui-qəsd etməkdə günahlandırır

740 28-11-2020, 02:14 siyaset / dunya

İran rəsmiləri İsraili nüvə fiziki Muhsin Fəhrizadəyə sui-qəsd etməkdə günahlandırır
İran rəsmiləri verdiyi açıqlamalarda Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Agentliyinin rəhbəri vəzifəsini icra edən nüvə fiziki Fəhrizadənin sui-qəsdinin icraçısı kimi Tel-Əviv günahlandırır.
Xeberdar.net İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən məlumatına görə, mövzu ilə bağlı açıqlamalar verən İran Parlamentinin sədri Muhammed Bakir Kalibaf deyib ki, "Ölkənin qabaqcıl alimi Muhsin Fahrizadəyə qarşı sui-qəsd Sionist rejimin kin və küdurətlə dolu çirkli üzünü bir daha ortaya qoydu”

Fəhrizadənin İran üçün əhəmiyyətli əsərlər buraxdığını vurğulayan Kalibaf, hadisəni törədənlərin vaxtı gələndə “qəti və sarsıdıcı” cavab alacağını bildirib. Hadisənin arxasındakı qüvvələrin əsla hədəflərinə çata bilməyəcəklərini və İranın hərbi, nüvə və raket proqramlarında, digər sahələrdə inkişafının davam edəcəyini qeyd edib.

"Bilməlidirlər ki, zorakı intiqam onları gözləyi"

Fahrizadenin ölkənin müdafiə sənayesinə əhəmiyyətli töhfələr verdiyini söyləyən general-mayor Məhəmməd Bakiri də sui-qəsddə İsraili günahlandırıb.
"Bir daha, qlobal təkəbbür və çirkli Sionist rejimlə əlaqəli terrorçular ölkənin elm və müdafiə sahəsindəki liderlərindən birini vəhşicəsinə öldürdülər. Terror qrupları, bu kor əməli sifariş edənlər və cinayətkarlar bilməlidirlər ki, onları şiddətli intiqam gözləyir." Deyə bildirən İran Baş Qərargah rəisi qeyd edib ki,bir daha xaricilərin və beynəlxalq Sionizmin cinayətkar ünsürləri, ölkənin elmi inkişafına qarşı çıxmaq məqsədi ilə İranın tanınmış simalarından birini, alimini hədəfə aldı və şəhid etdi.
İran Müdafiə naziri Emir Hatemi deyib ki, Fəhrizadənin inkişaf etdirdiyi texnoloji yeniliklərin, yeni növ koronavirusla (Kovid-19) qarşı mübarizəyə və ölkənin müdafiə sənayesinə verdiyi töhfələrər əvəzsizdir. İranın istifadə etdiyi Kovid-19 diaqnostik dəsti də Fəhrizadənin rəhbərliyi altında hazırlanıb, Düşmən hər dəfə İran xalqı üçün böyük işlər görən insanları hədəfə alır.
Kəşfiyyat naziri Mahmud Alevi hadisəni törədənlərin müəyyənləşdirilməsi üçün araşdırmanın başladığını və sui-qəsdi təşkil edənlərdən intiqam alacağını söyləyib.

İran İnqilab Keşikçiləri Ordusu Komandiri İsrail təhdid edib.

İran İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı Hüseyin Selami, Fəhrizadənin ölümündə İsraili günahlandıraraq Tel-Əviv rəhbərliyini təhdid etdib.
Selami Twitter hesabında yazıb: "Sionistlər nüvə alimimizi öldürdülər, amma özləri də bu addımın cavabını harda verdiyimizi bilirlər. İzah etmirik, amma bilirlər. Keçmişdə biz heç bir hadisəni cavabsız qoymayacağımızı göstərmişik”

Netanyahu tərəfindən hədəf alındı

İsrail Baş naziri Benyamin Netanyahunun 2018-ci ilin may ayında İranın nüvə proqramı ilə bağlı təqdimatında qeyd etdiyi tək isim İranlı alim Fəhrizadə idi.
İsrail mənbələri, Mossadın 2018-ci ildə Tehrandakı atom reaktorlarından məsul Muhsin Fahrizadeyi öldürməyə cəhd göstərdiyini, lakin uğursuz olduğunu açıqlamışdı.

Xeberdar.net

XƏBƏR LENTİ