Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyan ermənilərə müraciət edib.
Erməni mətbuatı bildirir ki, o, müraciətində gələcək planlarından da danışıb.
Qarabağda döyüşənlərdən biri Arut Mnatsakanyan sosial şəbəkə hesabında bildirib ki, Arutunyan öz videomüraciətində korrektə etməli olub. Belə ki, bəzi ermənilər Arutunyanı fikirlərini diplomatik dillə yox, sadə dillə olmasını məqsəduyğun hesab edib.
Müraciətin ilk redaksiyasında Arutunyan müharibədən dərhal sonra vəzifəsindən getməyə hazır olduğunu bildirib. Ancaq qarşıdakı vəzifələrin icrası üçün vəzifəsinə davam etməyi qərar aldığını deyib. Bununla yanaşı qeyd edib ki, ilk fürsətdə "istefaya" hazıdır. Ancaq qısa müddət sonra müraciətin bu hissəsində dəyişiklik edib. Budəfəki redaksiyada həmin hissə "İctimai-siyasi əhval-ruhiyyəni qiymətləndirərək qeyd etmək istəyirəm ki, ilk fürsətdə istefaya hazıram. Prezident və parlament seçkisinə dair çətinliyi arxada qoyan kimi bunu edə bilərəm. Müəyyən müddətdə növbədənkənar seçki keçiriləcək, mən bu seçkidə iştirak etməyəcəyəm və siyasətdən gedəcəyəm",- deyə verilib.
Xatırladaq ki, Arutunyan 2007-2018-ci illərdə separatçı rejimin “hökumətinə” rəhbərlik edib. 2020-ci ildə isə "prezident" seçilib və bu vəzifədə Bako Saakyanı əvəzləyib.
Onun Qarabağ tərk edəcəyi bildirilir./Cebhe.info