Zəngəzurda ara qarışdı - Ermənilər Paşinyanı Gorusa buraxmaq istəmir...- VİDEO-CANLI

644 21-12-2020, 09:44 dunya

Zəngəzurda ara qarışdı - Ermənilər Paşinyanı Gorusa buraxmaq istəmir...- VİDEO-CANLIModerator.az xəbər verir ki, erməni mediasının bu dəqiqələrdə yaydığı məlumata görə, erməni hökumət başçısını satqın adlandıran xeyli sakin Sünik vilayətinə girişi kəsərək Paşinyanın Gorus şəhərinə daxil olmasının qarşısını almağa çalışır. Bölgəyə daxilı qoşunların 2 minə yaxın əməkdaşı göndərilib. Gorusdan çıxış yollarını və İrəvan-Gorus yolunu bağlayan polislə sakinlər arasında qarşıdurma və əlbəyaxa dava yaranıb. Səhərə yaxın son günlər erməniləri baş nazirə qarşı mübarizəyə səsləyən Gorus meri Aruşan Aruşanyan həbs edilərək İrəvana aparılıb. Gərginlik davam edir...
Son məlumata görə, hazırda yolda olan Paşinyan canlı yayımla Sünik ermənilərinə müraciət edərək onların gözünün içinə baxaraq bütün suallarına cavab verəcəklərini söyləyib.

Sultan Laçın

XƏBƏR LENTİ