Tibb alimləri dəbdə olan qara maskaların təhlükəsindən danışdı...

569 22-12-2020, 21:16 cemiyyet

Tibb alimləri dəbdə olan  qara maskaların təhlükəsindən danışdı...Müxtəlif rəngli maskalar problemli dəri olan yeniyetmələr üçün xüsusilə zərərlidir.

Moderator.az xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb.

Koronavirus pandemiyası zamanı mütəxəssislər apteklərdə satılan birdəfəlik qoruyucu maskalar taxmağı məsləhət görürlər.

Qara və müxtəlif rəngli maskalar qoruma vasitəsi deyil, əksinə moda aksesuarıdır. Niyə mütəxəssislər rəngli maskalar taxmağı məsləhət görmürlər? Həqiqət budur ki, bu cür maskalar sintetik parçadan hazırlanır və qoruyucu filtrləri yoxdur. Bundan əlavə, rəngli boya allergik ola və dermatitə səbəb ola bilər.

Mütəxəssislər modanı təqib etməməyi və adi birdəfəlik maskalar seçməyi məsləhət görürlər. Onlar pambıq parçadan hazırlanır, qoruyucu filtrlərə malikdir və dəriyə zərər vermirlər.

Bu arada unutmayın ki, bu cür maskalara boş yerə “birdəfəlik” deyilmir - onları 4 saatdan çox taxmaq olmaz. Maska nəmlənən kimi dəyişdirilməlidir.

Sultan Laçın

XƏBƏR LENTİ