Xızının İcra Hakimiyyətinə sərt tənqid: “Şəhid ailələrinə müqavimət bağışlanmazdır” – Video

Xızının İcra Hakimiyyətinə sərt tənqid: “Şəhid ailələrinə müqavimət bağışlanmazdır” – Video”Axı onlar böyük itki veriblər"

"Həm də əzizləri qəzada dünyasını dəyişməyib, Vətən yolunda canını qurban verib”

“Onların acısı, ağrısı təzədir. Belə bir zamanda onların ailəsinə qarşı kim kobudluq etsə, cəzasını almalıdır”

Xızı rayonunda icra hakimiyyətinin nümayəndələri ilə şəhidin yaxınları arasında münaqişə yaşanıb. Buna səbəb icra nümayəndələrinin yolun kənarında şəhidin xatirəsinə hazırlanan lövhəni sökmək cəhdləri olub. Şəhidin yaxınları rayon İcra Hakimiyyəti əməkdaşlarına kəskin etiraz edib. Bu zaman tərəflər arasında çəkişmə baş verib. Bloqer Səadət Hüseynova Feysbuk hesabında həmin mübahisəyə dair video paylaşaraq mövzuyla bağlı məlumat yazıb:

“Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid anasına hücum etdi. Dərhal hadisə yerinə Xızı rayon polis şöbəsinin əməkdaşları gəldi və özbaşınalıq edən icra nümayəndələrini ərazidən uzaqlaşdırdılar. Ailənin təhlükəsizliyini qorudular”.

Həmin video sosial şəbəkə istifadəçiləri tərəfindən hiddətlə qarşılanıb. Hər kəs rəylərdə Xızı rayon İcra Hakimiyyətinə olan qəzəbini dilə gətirib.

Fərid Rəşidoğlu: “Bir plakat dağ boyda oğulun yanında nədir ki?! Onun yerində reklam vurunca, şəhidin şəkli olsun. Ana oğlunun əvəzinə bir lövhədən təsəlli tapsın”.

Rüstəm Əliyev: “O qadının ürəyi zatən yaralıdır. Bəlkə də, belə plakatlar az da olsa, ona təsəllidir. Onu niyə söküb qadını məhv edirsiz?!”

Şahin Əliyev: “Polislərimizə təşəkkür edirik. Vətən üçün canından keçənlərin qeyrətini çəkmək hər bir Azərbaycan övladının borcudur”.
Xızının İcra Hakimiyyətinə sərt tənqid: “Şəhid ailələrinə müqavimət bağışlanmazdır” – Video
İcra nümayəndələrinin şəhid anasına göstərdiyi kobud rəftarı haqqında sosioloq-alim Əhməd Qəşəmoğlu “Sherg.az”a danışıb. O, söyləyib ki, hər birimiz şəhid ailələrinə qarşı həssas yanaşmalıyıq:

“Məsələn bizim kənddə bir şəhid var. Onun ailəsindən tez-tez xəbərlər eşidirəm. Anası ağır iztirablar içindədir, əsəbləri korlanıb. Bütün şəhid valideynləri bu vəziyyətdədir.

Ona görə şəhadətə ucalan oğullarımızın valideynlərini, yaxınlarını anlamalıyıq. Axı onlar böyük itki veriblər. Həm də əzizləri bir qəzada dünyasını dəyişməyib, Vətən yolunda canını qurban verib.

İndi şəhid doğmalarına qayğı göstərmək, yanlarında olmaq hər birimizin borcudur. Hələ onların acısı, ağırısı təzədir. Belə bir zamanda onların ailəsinə qarşı kim kobudluq etsə, cəzasını almalıdır.

Həmin şəxs nazir belə olsa, cəzalandırılmalıdır. Ola bilsin ki, şəhid ailəsi fikirlərini əsəblə ifadə edib. Buna baxmayaraq dərhal o ürəyi yaralı insanları sakitləşdirmək lazımdır, mülayim danışılmalıdır.

Mümkünsüz bir şey istəsə belə sakitcə onlara vəziyyəti başa salmalıyıq. Lakin şəhid ailələrinə qarşı müqavimət, güc göstərmək qəbul olunmazdır, bağışlanmazdır”.

Xızının İcra Hakimiyyətinə sərt tənqid: “Şəhid ailələrinə müqavimət bağışlanmazdır” – Video

  • 18-01-2021, 21:18
  • 994


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  2. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  3. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  4. Bu gün Reportyor.info xəbər portalının 3 yaşı tamam olur
  5. Rusiya və BƏƏ səsdən sürətli sərnişin təyyarəsi yaradır - Rusiyalı nazir
  6. Türkiyəyə daxil olmağa çalışan 4 terrorçu saxlanılıb
  7. “Gürcüstan Azərbaycanla daha çox dialoq aparmalıdır” - İrakli Qaribaşvili
  8. Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?
  9. PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto
  10. Qaradağ yolunda qəza baş verib - FOTOLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI