"Qarabağın statusuna dair söhbət gedə bilməz" - İqor Korotçenko

"Qarabağın statusuna dair söhbət gedə bilməz" - İqor Korotçenko

“Moskvada 30 yanvar tarixində keçirilən üçtərəfli görüşün nəticələrini müsbət dəyərləndirirəm. Burada bütün region ölkələrinin maraqlı olduğu nəqliyyat dəhlizini yaratmaq istiqamətində çoxtərəfli səylərın başlanğıcını görürük. Amma görüləcək hələ xeyli işlər var. Ümidvaram ki, bu layihə ən qısa müddətdə həyata keçiriləcək”.

Bu fikirləri “Report”un Rusiya bürosuna Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin görüşünü şərh edən rusiyalı hərbi ekspert İqor Korotçenko dilə gətirib.

İ.Korotçenko nəqliyyat yollarının açılmasının və bu məqsədlə ekspert qruplarının yaradılmasının da əhəmiyyətini qeyd edib: “Azərbaycan üçün Qarabağın inkişafı başlıca milli hədəf olduğuna görə yeni nəqliyyat dəhlizlərinin yaradılması bütün regionun, yəni həm Azərbaycanın ayrılmaz parçası olan Qarabağın, həm də Ermənistanın, habelə İranın, Türkiyənin, Rusiyanın da inkişafı üçün təkan verəcək”.

“Fikrimcə, bu gün Qarabağın mənsubiyyətinə dair artıq heç kim hansısa xülyaya qapılmaz. Qarabağ Azərbaycanın tərkib hissəsidir. Qarabağın statusuna dair heç bir söhbət gedə bilməz”, - ekspert vurğulayıb.

"Qarabağın statusuna dair söhbət gedə bilməz" - İqor Korotçenko

  • 1-02-2021, 20:33
  • 241


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
  3. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  4. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  5. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  6. Ucarda qadın qətlə yetirilib
  7. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  8. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  9. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  10. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI