Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQBakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək. Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə fevralın 23-ü axşam şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var.

Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimal olunur.

Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

  • 21-02-2021, 13:39
  • 158


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ƏLİ HƏSƏNOVA 2 MİLYARDLIQ KORRUPSİYA İTTİHAMI... - İstintaqda dindirildiyi, 15 milyon geri qaytardığı deyilir + FOTOLAR
  2. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  3. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  4. DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO
  5. Azərbaycanda tanınmış məşqçinin oğlu ÖZÜNÜ ASDI
  6. Sabah hava necə olacaq? –Proqnoz
  7. DEPUTAT BU XƏSTƏXANANI İTTİHAM ETDİ - "Rüşvət almaq adi hala çevrilib, əməlli “bazar”dır"
  8. ƏRDOĞAN VƏ BAĞÇALI ŞUŞAYA GƏLİR - Türk məktəbinin təməli birlikdə atılacaq!
  9. Ermənilər Xocavənddə məktəbi donuzxanaya çevirib - VİDEOREPORTAJ
  10. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI