Qobustan rayonunda kişi arvadının başını kəsdi

1 272 28-03-2021, 23:13 hadise / kriminal

Qobustan rayonunda kişi arvadının başını kəsdi
Qobustan rayonu ərazisində qətl hadisəsi baş verib.
Xeberdar.net'in regional bürosundan verilən məlumata görə, Qobustan şəhər sakini 1980-ci il təvəllüdlü Rəsulov Elnur Yarəhməd oğlu ailə münasibətləri zəmnində həyat yoldaşı 1982-ci il təvəllüdlü Rəsulova Ələkbər qızının başını kəsib. Qonşuların sözlərinə görə, oğlan özünü öldürmək istəyən vaxt həyat yoldaşı ona mane olmaq istəyib. Bu zaman o həyat yoldaşını başını kəsərək qətlə yetirib. Daha sonra öz qollarını kəsib, bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.
Elnur Rəsulov təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Polis əməkdaşları hazırda hadisə yerindədir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki Elnur və Billurə Rəsulovlarin 3 övladı var.


Mirzə li

XƏBƏR LENTİ