"Putin və Bayden Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq" - Kreml

551 15-06-2021, 11:23 dunya

"Putin və Bayden Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq" - KremlRusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ liderləri eyni zamanda, strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Y. Uşakov qeyd edib ki, V. Putin və C. Bayden Dağlıq Qarabağ, Ukrayna daxilindəki münaqişə və Belarusdakı vəziyyətə xüsusi diqqət ayırmağı planlaşdırırlar.

Qeyd edək ki, Rusiya-ABŞ sammiti sabah Cenevrədə keçiriləcək.

XƏBƏR LENTİ