Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO

Göyçay rayon sakini,Nizami küçəsi ev 66-da yaşayan Məmmədov Cavid İkram oğlu Xeberdar.net-ə şikayət məkdubu göndərib. Məktubda mülk alarkən aldadıldığını, polisə müraciət etsə də Göyçay polisinin cinayətkarı himayə etdiyini qeyd edib. Şikayəti olsuğu kimi oxuculara təqdim edirik:

" ŞİKAYƏT ƏRİZƏSİ

Yazaraq Sizə bildirmək istəyirəm ki, bu ilin fevral ayında yaxın qohumum mənə bildirdi ki,rayonun Z.Bünyadov küçəsində 6000(altı min)manat qiymətinə 0.5 ha torpaq sahəsilə birgə tikintisi yarımçıq ev satılır.Mən də öz növbəmdə deyilən əraziyə gedərək həmin mənzil barəsində maraqlandım.Bu zaman əvvəllər heç tanımadığım Yadigar adlı şəxslə rastlaşdım.Ondan,satılan mənzil barəsində soruşduqda o,mənzil sahibi olan Feyzullayev Hüseyn Famil oğluna zəng edərək bizi bir-birimizlə tanış etdi.Bunun qarşılığında isə mənzil satılacağı təqdirdə Hüseyn Feyzullayev Yadigara 200(iki yüz)manat pul verəcəyini vəd etdi.Sonra biz həmin mənzilin qiymətini öz aramızda müzakirə etdik.Mən ondan mənzilin qiymətinin nə üçün belə ucuz olduğunu soruşduqda o,mənə övladının ağır yanıq xəsarəti aldığını və bu səbəbdən də təcili pula ehtiyacı olduğunu bildirdi.Beləliklə mən həmin mənzili ən son qiymət olaraq 4500(dörd min beş yüz) manata alacağıma razılaşdım və fikirləşmək üçün 10 gün müddətinə ondan vaxt istədim.O,bu müddət ərzində demək olar hər dəqiqə mənə zəng edirdi,mesaj yazırdı ki,"mən istəyirəm mənim evim sənə qismət olsun,sən yaxşı insansan və s...".Lakin mən onun məkirli planından xəbərsiz idim.Hətta Feyzullayev Hüseyn Famil oğluna o torpaq sahəsini satan Ofelya adlı qadın da mənə gizlində bildirmişdi ki,"bu məsələdən əl çək.Çünki Hüseyn,torpağı səndən öncə də digər şəxsə satmışdır".Ancaq Hüseyn isə bu deyilənləri inkar etdi.Məni arxayın saldı ki,evi məndən başqa ikinci bir şəxsə satmamışdır.Beləliklə də 5 mart 2021 tarixdə saat 12-00 radələrində dostum Faxrətin və eyni zamanda Ofelya xanımın şahidliyi ilə Hüseyn Feyzullayeve 1700(min yeddi yüz)manat pul verdim.Bundan sonra isə Göyçay rayon Köhnə Məscidin qarşısında yerləşən çayxanada Hüseyn Feyzullayeve dostum Faxrətin şahidliyi ilə 2800(iki min səkkiz yüz)manat da yenidən pul verdim.Yeni aldığım mənzilə köçmək istədikdə isə mənə məlum oldu ki,ev artıq Taleh adlı şəxsə məxsusdur.Daha sonra isə müəmmalı səbəblərdən dolayı Ofelya adlı o, qadın mənim Hüseyn Feyzullayeve ilk öncə verdiyim 1700(min yeddi yüz)manatı dostum Faxrətin şahidliyi ilə mənə geri qaytardı.
Mən fəhləliklə neçə illərdir ki,kirayələrdə qalaraq övladlarımın boğazından kəsib həmin pulu toplaşmışdım ki,ailəmə bir gün ağlayım.Hətta kirayədə qaldığımız ev sahibləri bizi bir anda dəfələrlə evindən qovmuşdu.Bütün bu çətinliklərə,iztiraba baxmayaraq səbirlə qurtulacağımız gün üçün pul toplayıb yığmışdıq.Özüm isə uzun illərdir ki,onkoloji xəstəyəm.Həmçinin 2 yaşlı körpə övladım da anadangələn həm əqli,həm də fiziki qüsurludur.Hazırda isə heç bir yerdən maddi gəlirimiz yoxdur.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin(CM) 178.1-ci maddəsinə əsasən,dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya ya əmlak hüquqlarını əldə etmə əməlidir.Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın (pul və digər əşyalar) ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunur.Dələduzluğun törədilməsi zamanı zərərçəkmiş şəxs əmlakını aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində özü könüllü olaraq təqsirkara verir.Bu əməl üzrə cinayət tərkibi yaranması üçün ələ keçirilən əmlakın və ya əldə edilən əmlak hüquqlarının dəyəri 500 manatdan çox olmalıdır.
Bildirmək istəyirəm ki,mən dəfələrlə Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə və həmçinin Göyçay rayon Polis Şöbəsinə şifahi və yazılı şikayətlər etmişəm.Lakin Hüseyn Famil oğlu Feyzullayev rayon Polis Şöbəsində olan himayədarları mənim bütün şikayətlərimi ört-basdır etməkdədir.Halbuki onun barəsində ciddi araşdırma aparılsa,üzərdə olan neçə-neçə cinayət tərkibli əməllərdən həmin himayədarları sayəsində yaxa qurtardığına şahid olarsınız!Məsələ ilə bağlı araşdırma aparan Göyçay rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi,polis baş leytenantı Pünhan Şükürlü isə israrla məndən tələb edir ki,şikayəti geri götürüm.Həmçinin mənə"Hüseyn işi bağlamaq üçün mənə 500(beş yüz)manat təklif edir,əgər mən istəsəm o pulu alaram və işi bağlayaram,sən isə mənə heçnə edə bilməzsən"deyir.O,polis əməkdaşı olmasına baxmayaraq mənimlə söyüşlə danışır.Sakittəbiətli biri olduğumdan sui-istifadə edərək üzərimə qışqırır,şərəf və ləyaqətimi kobud şəkildə təhqir edir.
Cənab Prezident , Cənab Baş Prokuror Sizdən çarəsiz bir Azərbaycan vətəndaşı və Yeni Azərbaycan Partiyasının üzvi kimi çox xahiş edirəm,mənim hüquqlarımın müdafiəsini öz üzərinizə götürəsiniz,məndən mənimsənmiş 2800(iki min səkkiz yüz) mənə geri qaytarasınız.Ümid edirəm ki,mənə tezliklə köməklik göstərəcəksiniz və Hüseyn Famil oğlu Feyzullayev isə layiqli cəzasını alacaqdır."

Məktubda adı çəkilən şəxsləri və qurumumları dinləməyə , mövüylərini dərc etməyə hazırıq.

Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO

  • 18-06-2021, 13:21
  • 920


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI