"Avropa İttifaqı Cənubi Qafqazda daha fəal rol oynayacaq" - Borrel

799 3-07-2021, 11:30 cemiyyet

"Avropa İttifaqı Cənubi Qafqazda daha fəal rol oynayacaq" - Borrel"Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizləri, həmçinin enerji resurslarının şaxələndirilməsi baxımından Avropa İttifaqı (Aİ) üçün vacib regiondur. Biz əlaqələndirici hab kimi regionun rolunu artırmalıyıq".

“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell özünün “Aİ-nin Cənubi Qafqaza daha çox cəlb edilməsi nə üçün lazımdır” adlı məqaləsində yazıb.

Borrel qeyd edib ki, Aİ-yə üzv və tərəfdaş ölkələr ittifaqın Şərq tərəfdaşlığı ölkələrində mövcud olan münaqişələrin həllində daha fəal rol oynayacağını gözləyirlər.

“Şadam ki, Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku mənim dəvətimi qəbul ediblər və ən qısa zamanda regiona səfər ediblər. Aydın idi ki, Aİ-nin gündəliyində olan məsələləri dəstəkləmək, bu yaxınlarda baş vermiş hadisələri, Ermənistan və Azərbaycan tərəfindən atılmış müsbət addımları inkişaf etdirmək üçün Cənubi Qafqaz bu cür səfərə ehtiyac duyurdu”, Aİ-nin ali komissarı deyib.

Borrel qeyd edib ki, Cənubi Qafqaz ölkələrinə üç əsas müraciət çatdırılıb:

Aİ regionda münaqişələrin həllinə kömək edən fəal oyunçu olmağa çalışır;

Aİ regional əməkdaşlığı və qarşılıqlı əlaqələri dəstəkləməklə ikitərəfli münasibətləri inkişaf etdirməyə hazırdır;

Aİ Şərq Tərəfdaşlığı siyasətinin əhatəliliyinə və çevikliyinə sadiqdir.

XƏBƏR LENTİ