“Ukrayna Rusiyaya nə qədər tez birləşərsə...” – Putinin məqsədi məlum olur

547 13-07-2021, 00:46 dunya

“Ukrayna Rusiyaya nə qədər tez birləşərsə...” – Putinin məqsədi məlum olurUkraynanın böyük hissəsi, hətta mümkündr ki, bütün ölkə gələcəkdə Rusiyaynın tərkibinə daxil olacaq. Qondarma Donetsk Xalq Respublikası (DXR) informasiya “nazirinin müavini”, DXR “xalq milisinin” mətbuat xidmətinin keçmiş rəhbəri Danil Bezsonov belə düşünür.

O, bu barədə teleknallardan birinə verdiyi müsahibəsində söyləyib.

“Mən inaıram ki, gec-tez bu baş verəcək. İnanıram ki, Ukraynanın böyük hissəsi könüllü olaraq Rusiyanın bir hissəsi olacaq. Ola bilsin ki, həm də bütün Ukrayna. Və bu nə qədər tez baş versə, ukraynalılar üçün o qədər yaxşı olar”- deyə, Bezsonov bildirib.

Onun fikrincə, Qərb Ukraynaya Rusiya ilə çəkişmədə «xammal» kimi baxır. Ukrayna hakimiyyəti isə metodik olaraq, “ərazini insanlardan azad etmək” əməliyyatı həyata keçirir.

Bezsonov həm də qeyd edib ki, Qərb, o cümlədən Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya görə, Rusiya ilə birbaşa münaqişəyə baş vurmaq fikrində deyil.

“Amerikalılar Rusiya ilə döyüşməyə hazılaşmırlar...Vəziyyət belədir ki, Ukrayna sadəcə bir alətdir. Amerikalıların tapşırığı belədir ki, həmin alət mümkün qədər uzun müddər Rusiyaya qarşı hansısa qıcıqlandırıcı funksiyasını yerinə yetirsin. Əlbəttə, onlar istəmirlər ki, hansısa təxribat alınsın və alət o saat yox olsun...” - Bezsonov bildirib.

İndi isə başqa bir xəbərə diqqət yetirməyə dəyər. KİV-in yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Ukrayna barədə («ruslar və ukraynalılar bir xalqdırlar») yazacağını vəd etdiyi məqaləni artıq dərc etdirib.

Bu, Putinin xalqlar barədə söylədiyi «uzaqgörənliyin» əslində, hansı məqsədə xtdmət etdiyini ortaya qoyur.

Mirzə AĞ

“AzPolitika.info”

XƏBƏR LENTİ