“ƏFQANISTANDA ÖLƏNLƏRİN QANI BAYDENİN ÜSTÜNDƏ QALACAQ” - “Talibanla vuruşmağa hazırladığımız insanların adlarını taliblərə vermişik"

“ƏFQANISTANDA ÖLƏNLƏRİN QANI BAYDENİN ÜSTÜNDƏ QALACAQ” - “Talibanla vuruşmağa hazırladığımız insanların adlarını taliblərə vermişik"Taliblər Amerikanın 85 milyard dollar dəyərindəki döyüş texnikasını və 20 il ərzində ABŞ əsgərlərinə kömək edən əfqanların biometrik məlumatlarını ələ keçiriblər. Bu barədə ABŞ konqresmeni Cim Benks (Jim Banks) danışıb.

ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmiş Cim Benks deyib ki, Amerikanın Əfqanıstanda qoyub çıxdığı böyük sayda hərbi texnikanın içərisində 7500 avtomaşın, 200 təyyarə və vertolyot, 60 0000 ədəd atıcı və yüngül silahlar var: ”Bu gün taliblərin ixtiyarında “Black Hawk” vertolyotları var ki, heç dünya ölkələrinin 85 faizində bu vertolyotdan yoxdur. Bundan başqa taliblər gecə görüntüsü cihazları, zirehli gödəkcələr və tibbi təyinatlı predmetlər də ələ keçiriblər.”


Cim Benks bu rəqəmlərin doğruluğuna əmindir, çünki o, xarici ticarət agenti işləyib və Amerikanın təqdim etdiyi texnika və silahları təhvil götürüb Əfqanıstan hərbçilərinə verirdi.
“ƏFQANISTANDA ÖLƏNLƏRİN QANI BAYDENİN ÜSTÜNDƏ QALACAQ” - “Talibanla vuruşmağa hazırladığımız insanların adlarını taliblərə vermişik"
Cim Benks deyib: ”Bu, həm mən və həm də digərləri üçün ağlasığmazdır, lakin 20 il bizim tərəfimizdə olan və bizə kömək göstərən bütün əfqanların biometrik məlumatları - barmaq izləri, gözlərinin skaneri taliblərin əlindədir. Silahların qaytarılması ilə bağlı Ağ Ev administrasiyasının planı yoxdur. İndiki hökumət bu texnika və silahların hesabatını tələb etmək fikrində deyil. Əgər bu silahlar indi və ya gələcəkdə amerikalıları öldürmək üçün istifadə ediləcəksə, o zaman ölənlərin qanı Co Baydenin üstündə qalacaq. Bu, rüsvayçılıqdır. Biz "Taliban"a qarşı vuruşmağa hazırladığımız insanların adlarını taliblərə vermişik. Onların bir çoxunu tərk etmişik, indi həmin insanlar zorakılığın qurbanı olacaqlar, biz aeroportda bunu gördük. Bu, qəzəb və göz yaşları doğuran dəhşətli gün idi.”
“ƏFQANISTANDA ÖLƏNLƏRİN QANI BAYDENİN ÜSTÜNDƏ QALACAQ” - “Talibanla vuruşmağa hazırladığımız insanların adlarını taliblərə vermişik"
ABŞ Konqresinin mühafizəkar üzvü və keçmiş hərbçi Conni Merser Cim Benksin çıxışını sosial şəbəkələrdə yayıb.

Taliblər artıq bəyan ediblər ki, yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş elit hərbi dəstələrini Əfqanıstan paytaxtının mühafizəsi üçün göndəriblər. "Taliban"ın təbliğat kanalları efirə “313-cü Bədri briqadası” adlı elit hərbi dəstə barəsində film buraxıblar. Bu dəstə Kabilin küçələrində xidmət aparacaq və prezident sarayını qoruyacaq. Filmdəki kadrlarda Taliban yaraqlılarının ən müasir dəbilqələrdə, günəş eynəklərində, zirehli gödəkcələrdə və əllərində avtomat-tüfəng gəzdikləri görünür.
“ƏFQANISTANDA ÖLƏNLƏRİN QANI BAYDENİN ÜSTÜNDƏ QALACAQ” - “Talibanla vuruşmağa hazırladığımız insanların adlarını taliblərə vermişik"
Bir neçə gün öncə məlumat yayılıb ki, Amerika təmsilçiləri "Taliban"a ABŞ vətəndaşlarının siyahısını təqdim edib ki, onları sürətli təxliyə etməkdən ötrü aeroporta daşısınlar. Müdafiə Nazirliyi bu qərarı sərt şəkildə tənqid edib. Pentaqon nümayəndələrindən biri deyib ki, bununla taliblər praktiki olaraq “güllələnməli olanların siyahısını” almış olublar. Lakin ABŞ mərkəzi komandanlığı bu məsələni şərh etmək istəməyib.

Kabil aeroportu yaxınlığında yaşanmış hadisədən qəzəblənən Cim Benks baş verənlərə belə reaksiya verib: ”Bu faciənin məsuliyyəti tamamilə və bütövlükdə Co Baydenin üzərinə düşür. Onun səriştəsizliyi ucbatından amerikalıların qanı axıdılıb. Bundan qaçmaq mümkün idi, elə ona görə də bu, bağışlanılmazdır”.

“The Telegraph” – (Böyük Britaniya)

Tərcümə: “AzPolitika.info”

“ƏFQANISTANDA ÖLƏNLƏRİN QANI BAYDENİN ÜSTÜNDƏ QALACAQ” - “Talibanla vuruşmağa hazırladığımız insanların adlarını taliblərə vermişik"

  • 1-09-2021, 09:00
  • 252


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mehdiyevin kürəkəni dövlətdən PUL GİZLƏDİR? - İDDİA
  2. Zəlzələ nəticəsində Böyük Çin səddinin bir hissəsi uçub
  3. Bakıda 18 min manat dəyərində yağış suları üçün olan dəmir barmaqlıqlar oğurlanıb - VİDEO
  4. AZƏRBAYCANDA "OMİKRON" ŞTAMI AŞKARLANDI - Əhaliyə müraciət
  5. “CİN ŞÜŞƏDƏN ÇIXIB, KTMT ÇƏTİN Kİ, ONU YERİNƏ QAYTARA BİLSİN...” - “Nazarbayev Lukaşenko kimi Rusiyanın təsirindən çıxmağa cəhd göstərib və...”
  6. Qazaxıstanda baş verənlər Türkiyə-Rusiya rəqabətinin yeni dalğasıdır?
  7. "Yapı Kredi Bank Azərbaycan"dan NARAZILIQ - "Eynisini mən onlara 5 il əvvəl dedim..."
  8. Bakıda şagirdləri döyən direktora şiddətli töhmət verilib
  9. MN Seyfəli poliqonunda partlayışlara görə əhalini təşvişə düşməməyə çağırıb
  10. Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI