Peyvənddən öncə və sonra şirniyyat və xəmir qidaları təhlükəlidir...Terapevt

Peyvənddən öncə  və sonra şirniyyat və xəmir qidaları təhlükəlidir...Terapevt“Qanda şəkər nə qədər az olarsa, peyvənd edildikdən sonra bütün yan təsirlər bir o qədər tez aradan qalxar...”

“Kovid” əleyhinə vaksinasiya xüsusi hazırlıq tələb etmir. Buna baxmayaraq bir çox mütəxəssislər iynədən öncə zərərli vərdişlərdən uzaq olmağı və bir neçə gün əvvəl bir sıra qidaları rasiondan xaric etməyi məsləhət görür.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bunu terapevt-qastroenteroloq Nikita Xarlov söyləyib

Məsələ ondadır ki, bir sıra məhsullar peyvənd injeksiyasından sonra insanın özünü pis hiss etməsinə və ya daha ağır yan təsirlərin meydana çıxmasına səbəb ola bilər. Buna görə mütəxəssis bu tövsiyələri dinləməyi məsləhət görür.

Hər şeydən əvvəl, xüsusilə allergik reaksiyalara meylli olsanız, güclü allergen olan məhsulları menyudan çıxarmağa dəyər. İkinci vacib qayda heç bir yeni yeməyi sınamamaqdır, yalnız müəyyən bir kolbasa və ya süd markasına qədər uzun müddət alışdığınız qidalardan istifadə edin.

Mütəxəssis çox karbohidratlı, şirniyyat və xəmirli qidaları yeməməyi də tövsiyə edir. Peyvənddən öncə şirniyyatlar qadağandır. Çünki qan şəkəri daha yüksək olacaq və şəkər daha yüksək olarsa, bu, insanın peyvəndi çətin keçirməsinə gətirib çıxaracaq. Qanda şəkər nə qədər az olarsa, peyvənd edildikdən sonra bütün yan təsirlər bir o qədər tez aradan qalxar.

Həkim peyvənd edildikdən sonra bir neçə həftə ərzində, yəni ilkin immun reaksiya formalaşanadək bu qaydalara riayət etməyi məsləhət görür.

Sultan Laçın

Peyvənddən öncə və sonra şirniyyat və xəmir qidaları təhlükəlidir...Terapevt

  • 2-09-2021, 08:50
  • 331


Oxşar mövzular
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI