Səkkiz azərbaycanlı Almaniyadan deportasiya edildi

519 2-09-2021, 09:53 cemiyyet

Səkkiz azərbaycanlı Almaniyadan deportasiya edildiÖtən gün Gürcüstan Respublikasının vətəndaşı olan səkkiz azərbaycanlı Almaniyadan deportasiya edilib.

“Report”un məlumatına görə, 2015-ci ildə Almaniyaya gələrək, qaçqın kimi sığınacaq istəyən azərbaycanlılar miqrasiya idarəsi və polis əməkdaşları tərəfindən Dortmund hava limanına gətiriliblər. Onlar Dortmund-Kutaisi təyyarə reysi ilə Gürcüstana göndəriliblər.

Deportasiya olunan səkkiz nəfərdən üçü bir ailənin üzvü olub.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən bildirilib ki, bu ilin may-iyul aylarında ümumilikdə 819 Gürcüstan vətəndaşı federal idarədən sığınacaq istəyib.

XƏBƏR LENTİ