Saxta COVID pasportu satan tibb bacısına cinayət işi açıldı

511 7-09-2021, 11:41 cemiyyet

Saxta COVID pasportu satan tibb bacısına cinayət işi açıldı“Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin Ailə Sağlamlıq Mərkəzində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Göygöl rayon prokurorluğunda araşdırma aparılıb.



Göygöl rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, həmin tibb mərkəzinin böyük tibb bacısı Ülviyyə Quliyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edib. O, bir neçə şəxsin “COVID-19” əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyənləşib.



Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.



Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Xeberdar.net

XƏBƏR LENTİ