HULUSİ AKAR ERMƏNİSTANA ÇAĞIRIŞ ETDİ - Şuşa Bəyannaməsi"ni xatırlatdı

HULUSİ AKAR ERMƏNİSTANA ÇAĞIRIŞ ETDİ - Şuşa Bəyannaməsi"ni xatırlatdı“Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və inkişafı üçün böyük önəm daşıyır”.

HULUSİ AKAR ERMƏNİSTANA ÇAĞIRIŞ ETDİ - Şuşa Bəyannaməsi"ni xatırlatdı"CNN Türk” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin uzatdığı sülh və dostluq əlini tutmalı, "altılıq" platforması da daxil olmaqla, təkliflərimizi yaxşı qiymətləndirməlidir. “İki dövlət, bir millət" prinsipi ilə daima birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın bu günədək olduğu kimi, bundan sonra da haqlı mübarizələrində yanlarında olmağa davam edəcəyik”.


Hulusi Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri hazırda Azərbaycan ordusunun modernləşdirilməsini və təlim fəaliyyətlərini dəstəkləyir.

O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə birgə mina/kustar üsulla hazırlanmış partlayıcı axtarışı və məhvetmə fəaliyyətləri davam edir.

“Hazırda Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələlərini bir-birindən ayrı fikirləşməyin mümkün olmadığı mərhələdəyik.

Başda təhlükəsizlik olmaqla, hər sahədə əməkdaşlığımızı nəzərdə tutan “Şuşa Bəyannaməsi” bu istiqamətdə atılmış tarixi addımdır”, - deyə Akar qeyd edib.

HULUSİ AKAR ERMƏNİSTANA ÇAĞIRIŞ ETDİ - Şuşa Bəyannaməsi"ni xatırlatdı

  • 16-11-2021, 15:32
  • 458


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai polisindən narazılıq- Hadisə araşdırılmır
  2. Elşad Baratın şəhidlərə yazdığı kitab çap olundu - "Ölümsüzlər"
  3. Rusiyanın Rastov vilayətində Diaspor təşkilatına kimlər rəhbərlik edir?-Təşkilatda erməni izi
  4. Yardımlı şəhər küçələrinin İlham Rzayev problemi…
  5. Almaniyada koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib
  6. Azərbaycan nefti ucuzlaşdı
  7. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  8. Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub
  9. Atasını 40 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu
  10. "DELTA”dan 15 DƏFƏ TƏHLÜKƏLİ... - İndi də “Omikron” dünyanı təhdid edir
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI