Yunanıstanda F-16 qırıcısı Andravida aviabazasına məcburi eniş nəticəsində qəzaya uğrayıb.
Xeberdar.net "RİA "Novosti"yə istinadən məlumatına görə, pilot sağ qalıb.
Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və zədələnib.
Bundan əvvəl ABŞ-ın Texas ştatında hərbi təyyarə yaşayış məntəqəsinə çırpılıb, nəticədə iki pilot yaralanıb. Üç evə ziyan dəyib, onların sahibləri müvəqqəti olaraq başqa yaşayış yerlərinə köçürülüb.
Xeberdar.net