Kəşfiyyatın xəbərdarlığı: sərhədə cəmləşdirilən qoşun şaxtaların düşməsini gözləyir...

Kəşfiyyatın xəbərdarlığı: sərhədə cəmləşdirilən qoşun şaxtaların düşməsini gözləyir...ABŞ kəşfiyyatının nümayəndələri avropalı müttəfiqləri xəbərdar ediblər ki, Rusiya Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxilə üçün şaxtaların düşməsini gözləyir. virtualaz.org xəbər verir ki, bu haqda “CBS News” telekanalı amerikalı rəsmilərə istinadən bildirir.

Xəbər verildiyi kimi, Rusiya son bir ayda Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirməkdədir. Bundan əvvəl də ABŞ kəşfiyyatı rəsmən Avropanı xəbərdar etmişdi ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilə planı var.
Kəşfiyyatın xəbərdarlığı: sərhədə cəmləşdirilən qoşun şaxtaların düşməsini gözləyir...
Məlumata görə, ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya hücuma başlamaq üçün şaxtaların düşməsini gözləyir və havaların soyuması ilə hərbi müdaxilə riski də artacaq. Belə ki, Rusiya ordusu qış şəraitində daha yaxşı döyüşmək qabiliyyətinə malikdir və şaxta Ukrayna ordusunun əleyhinə işləyə bilər.

“Müdaxilə hava şərtlərindən asılıdır, amma Qərbin müdaxiləsi olmasa bir neçə həftə ərzində başlaya bilər”, - telekanalın kəşfiyyata istinadən yaydığı məlumatda deyilir.

“The New York Times” qəzeti də Rusiyanın Ukraynaya qarşı tezliklə hərbi əməliyyata başlayacağı haqda xəbərlər alıb. Qəzetin yazdığına görə, ABŞ özünün avropalı müttəfiqlərini əmin edir ki, Rusiya tezliklə Ukrayna ərazisinə müdaxilə edəcək və Moskvanın bu planlarına mane olmaq üçün təcili hərəkətə keçmək lazımdır. Amerikalı məmurların hesab etdiyi kimi, bunun üçün birgə sanksiyalar paketi qəbul etmək lazımdır.
Kəşfiyyatın xəbərdarlığı: sərhədə cəmləşdirilən qoşun şaxtaların düşməsini gözləyir...
Qəzetin xəbərində deyilir ki, amerikalı rəsmilər Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi qoşunlarla bağlı nə edəcəyini hələ qərarlaşdırmayıb.

“Lakin Amerika kəşfiyyatının nümayəndələri müttəfiqləri xəbərdar edir ki, Rusiyanın Ukraynaya müdaxiləsini əngəlləmək üçün çox az vaxt qalır və onlar Avropa ölkələrini Moskvanı çəkindirmək üçün birgə iqtisadi-hərbi tədbirlər paketinin hazırlanmasına inandırmağa çalışırlar”, - qəzet bildirir.

Qeyd olunur ki, ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Evril Heyns ötən həftə Brüsselə səfər edərək Rusiyanın Ukraynaya müdaxilə planlarının detallarını NATO ölkələrinin hərbi nümayəndələri ilə müzakirə edib.

Kəşfiyyatın xəbərdarlığı: sərhədə cəmləşdirilən qoşun şaxtaların düşməsini gözləyir...

  • 21-11-2021, 19:57
  • 205


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai polisindən narazılıq- Hadisə araşdırılmır
  2. Elşad Baratın şəhidlərə yazdığı kitab çap olundu - "Ölümsüzlər"
  3. Rusiyanın Rastov vilayətində Diaspor təşkilatına kimlər rəhbərlik edir?-Təşkilatda erməni izi
  4. Almaniyada koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib
  5. Yardımlı şəhər küçələrinin İlham Rzayev problemi…
  6. Azərbaycan nefti ucuzlaşdı
  7. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  8. Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub
  9. Atasını 40 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu
  10. "DELTA”dan 15 DƏFƏ TƏHLÜKƏLİ... - İndi də “Omikron” dünyanı təhdid edir
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI