Narkotik ittihamı ilə həbs edilən ürək- damar cərrahına hökm oxundu ÖZƏL

501 26-11-2021, 17:22 cemiyyet

Narkotik ittihamı ilə həbs edilən ürək- damar cərrahına hökm oxundu ÖZƏLNarkotik ittihamı ilə həbs edilən ürək- damar cərrahı Elşən Əliyevə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilən Elşən Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Elşən Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Elşən Əliyev uzun müddət “TuranMed” klinikasında çalışıb. Onun sonuncu iş yerinin isə Mərkəzi Klinika olduğu bildirilir.

Xeberdar.net

XƏBƏR LENTİ