Göygöl Mərkəzi Xəstəxanası YOXSA Balçılı Publik Hüquqi Şəxs ?

Göygöl Mərkəzi Xəstəxanası YOXSA Balçılı Publik Hüquqi Şəxs ? Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərkibində fəaliyyət göstərən Göygöl Rayon Xəstəxanası PHŞ-də maraqlı fakt üzə çıxıb.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, rayon xəstəxanasında çalışan orta tibb işçilərinin və texniki ştat işçilərinin böyük əksəriyyəti Balçılı kəndindəndir. Elə xəstəxanaya hazırda rəhbərlik edən Vasif Əliyevin özü də eyni kənddə yaşayır.

Məlumata görə, Xəstəxanada xeyli nöqsan və çatışmazlıqlar mövcuddur ki, əksəriyyəti də xəstəxanaya Vasif Əliyevin baş həkim təyinatından sonra başlayıb. Elektron mediada dəfələrlə Göygöl MRX-PHŞ barədə yazılar dərc edilsə də problemlər yerində sayır.

Mənbəmizin dediyinə görə, hazırda xəstəxanada 10-larla lazımsız ştatlar var, təkcə kiçik poliklinika şöbəsində 25-a qədər xadiməçi, 10-a yaxın kartoteka işçisi var. Son bir ildə poliklinikaya işə götürülənlər də Balçılı kəndindəndir.

Xəstəxananın ayrı-ayrı şöbələrində çalışan 30-dan artıq xanım işçinin də Vasif Əliyev tərəfindən rüşvətlə işə götürüldüyü bildirilir. Mənbə deyir ki, Vasif Əliyev ona verilən səlahiyyətlərlə elə edib ki, Göygöl xəstəxanasına Balçılı Publik Hüquqi Şəxs demək daha doğru olardı.

İddiaya görə, xəstəxanaya işə alınan yeni işçilərin əsasən Balçılıdan olması Vasif Əliyevin aldığı və istədiyi rüşvəti sığortalayır. O da bildirilir ki, TƏBİB-in nümayəndəsinin iş müqabilində həmkəndlilərindən pul aldığını isbat etmək üçün qardaşlarına və digər ailə üzvlərinə məxsus bank kartlarına köçürmələri incələmək yetərli olar...
(araşdırmamız davam edir)

Göygöl Mərkəzi Xəstəxanası YOXSA Balçılı Publik Hüquqi Şəxs ?

  • 27-11-2021, 15:27
  • 201


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi
  2. Həbsdəki icra başçısı namaza başladı – FOTO
  3. “Atəşgah Sığorta”-nın “atəşli” səyahət sığortası - Xaricdə “Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?
  4. Bazar gününə olan hava proqnozu açıqlanıb
  5. Prokurorluq Tofiq Yaqublu ilə bağlı məlumat yaydı:”özünü yumruqlayaraq…” – FOTO
  6. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  7. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  8. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  9. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  10. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI