Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib

540 1-12-2021, 12:01 dunya

Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı veribNoyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Xeberdar.net-in AZƏRTAC-a istinadən məlumatına görə, Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ