Prezidentin köməkçisi beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə çağırıb

Prezidentin köməkçisi beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə çağırıb“Mina problemi hələ də qalmaqdadır. Azad olunan ərazilərdə mülki şəxslərlə yanaşı, işçilər, hərbçilər də minaya düşür".

"Report" xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi mənfur siyasətin növbəti nümunəsidir: "Eyni zamanda bu mənfur siyasəti başqa vasitələrlə həyata keçirməsidir. Bu ərazilərin kütləvi şəkildə minalanmasında Ermənistanın əsas məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və məcburi köçkünlərimizin qayıdışı prosesinə mane olmaqdır. Həmçinin maksimum dərəcədə Azərbaycanda mülki və hərbi insanlar arasında ölüm hallarına nail olmaqdır. Minanın nə məqsədlə qoyulduğunu hər kəs yaxşı başa düşür. Mina insanların daşıdığı vəzifədən və statusundan asılı olmayaraq öz qurbanlarını gözləyir. Bu, bəzən də illər ərzində orada duraraq öz fəlakətli nəticəsini gözləyən dəhşətli faciədir. Təəssüflər olsun ki, Ermənistan tərəfindən də Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi həyata keçirilib. Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da bu məsələni qaldırıb. Bir daha beynəlxalq ictimaiyyətə müraciət etmək istəyirik ki, bu məsələdə məlumatlandırma artırılmalıdır. Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə də dəstək artırılmalıdır. Xüsusilə BMT və onun strukturları tərəfindən dəstəyin artırılmasına ehtiyac var”.

"Bu gün hər birimizi mina təhlükəsi gözləyir. Vətəndaşlarımızdan çox şey asılıdır. Vətəndaşlarımız işğaldan azad olunmuş ərazilərə gedəndə diqqətli olmalıdır. Hər bir insan minanın potensial qurbanı ola bilər”, - Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə çağırıb

  • 2-12-2021, 14:39
  • 215


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi
  2. Həbsdəki icra başçısı namaza başladı – FOTO
  3. “Atəşgah Sığorta”-nın “atəşli” səyahət sığortası - Xaricdə “Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?
  4. Bazar gününə olan hava proqnozu açıqlanıb
  5. Prokurorluq Tofiq Yaqublu ilə bağlı məlumat yaydı:”özünü yumruqlayaraq…” – FOTO
  6. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  7. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  8. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  9. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  10. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI