“Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı RƏSMİ AÇIQLAMADekabrın 9-u saat 17 radələrində “Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi mühəndis vəzifəsində işləyən Firdovsi Mirzəyev və balans mühəndisi vəzifəsində işləyən Şükür Mirzəyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, Firdovsi Mirzəyev və Şükür Mirzəyev Ağdam rayonu, Quzanlı qəsəbəsində Elmira Əliyevaya məxsus yaşayış evinin elektrik sayğacına baxış keçirən zaman həmin şəxsin elektrik şəbəkəsinə qanunsuz qoşulub, bununla bağlı və elektrik sərfiyyatına görə borcunu ödəməməsi barədə iradlarını bildirərkən sonuncunun evində qonaq olan tanışı Rəhim Kərimov xidməti vəzifələrini icra edən F.Mirzəyevə və Ş.Mirzəyevə əlində olan bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Rəhim Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam edir./Oxu.az/

“Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

  • 10-12-2021, 11:53
  • 236


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI